Şrift:
Qaxlı gənclər Azərbaycan bayrağını “Ulubaş” zirvəsinə sancıblar
06.11.2017 [10:21] - Gənclik
9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə bir qrup qaxlı gənc Böyük Qafqaz sıra dağlarının Qax rayonu ərazisindəki ən uca zirvələrindən olan, dəniz səviyyəsindən 1980 metr yüksəklikdə yerləşən “Ulubaş” zirvəsinə yürüş təşkil edərək, üçrəngli Azərbaycan bayrağını dağın zirvəsinə sancıblar. Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə reallaşan yürüşdə 15 fəal gənc iştirak edib.

İdarənin rəis müavini, yürüş iştirakçısı Elvin Həsilov bildirib ki, yürüşə əvvəlcədən ciddi hazırlıq işləri görülüb. Yürüş zamanı təhlükəsizliyin təmin edilməsi üçün iştirakçılara müvafiq təlimatlar verilib. Yürüş iştirakçıları zirvəni 3 saat ərzində fəth ediblər. Onlar yürüş zamanı heç bir problemlə üzləşməyərək, sağ-salamat geri dönüblər.

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə rayonda digər tədbirlərin, o cümlədən idman yarışlarının, velosipedçilərin yürüşünün təşkil edilməsi də nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 1085 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed