06.11.2017 [10:27] - Hadisə
Moskvada 200-dən çox insan həbs edilib. Həmçinin, Sankt-Peterburq və Krasnoyarsk şəhərlərində də baş verib.
Məlumata görə, təkcə Moskvanın Manej Meydanında aksiya keçirtməyə cəhd edən 40 nəfər polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, 3 noyabrda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları hazırda mühacirətdə olan siyasətçi Vyaçeslav Maltsevin rəhbərlik etdiyi “Artilleriya hazırlığı” blokunun təxribat planlaşdıran üzvlərinin saxlandığını açıqlamışdı. Ölkədən qaçan Maltsev isə 5 noyabrda Rusiyada inqilab olacağını bildirmişdi. Ümumilikdə isə Rusiyada hakimiyyətinə qarşı təşkil edilən icazəsiz aksiyalarda həbs edilənlərin sayı 380-ə çatıb.

Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |