07.11.2017 [11:11] - Xəbərlər, Türk dünyası-Turan
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan sammitində yaradılan və mənzil qərargahı Qazaxıstanın Astana şəhərində yerləşən Beynəlxalq Türk Akademiyası (TWESCO) türk dünyasının tarixi şəxsiyyətlərinin irsi haqqında seminarlara başlayıb.
İlk seminar Аstanada tatar xalqının görkəmli ictimai xadimi, yazıçı və siyasətçi Abdurrəşid İbrahimə (1857-1944) həsr olunub. Müxtəlif ölkələrdən tanınmış türkoloqlar, tədqiqatçı alimlər və diplomatların qatıldığı “Türk dünyasının şəxsiyyətlər əmanəti: Abdurrəşid İbrahim” mövzusunda seminarda Akademiyanın prezidenti Dərxan Kıdırali bəyan edib ki, tədbirin əsas məqsədi türk dünyasının nüfuzlu şəxsiyyətlərinin həyat və fəaliyyətinə yenidən və daha fərqli yöndən nəzər salmaq, onların irsinin bilinməyən tərəflərini üzə çıxarmaqdır.
Türk dünyasının dirçəlişinin və maariflənməsinin öncüllərindən biri olan Ə.İbrahimin 160 illiyik yubileyinə həsr olunan seminarı tanınmış yapon alimi, türkoloq, professor Hisao Komatsu aparıb. O, Ə.İbrahimin Rusiya, Osmanlı dövləti və Yaponiyadakı fəaliyyəti haqqında geniş məlumat verib, böyük şəxsiyyətin türk və İslam aləminin inkişafı üçün xidmətlərini qeyd edib. Alimin sözlərinə görə, Ə.İbrahim 1932-ci ildə uzaq Yaponiyada ilk məscidin əsasının qoyulmasında yaxından iştirak edib və onun rəhbərliyini həyata keçirib. Son dövrlər həmin tarixi abidə Türkiyə dövləti tərəfindən bərpa olunub və hazırda Tokionun ən çox ziyarət edilən 10 turizm obyektindən biridir.
Seminarda çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Beynəlxalq Türk Akademiyasının türk dünyasının tarixi şəxsiyyətləri ilə bağlı başladığı seminarların uğurlu olacağına əminliyini və Azərbaycan tərəfinin prosesə dəstəyini ifadə edib.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçiriləcək növbəti seminarlar Şərqdə ilk demokratik Cümhuriyyətin qurulmasında fədakarlıq göstərmiş tarixi şəxsiyyətlər də daxil olmaqla Zəki Validi Toğan, Əlixan Bökeyxanov, Axmet Baytursunov və digər nüfuzlu xadimlərə həsr ediləcək.
İlahə Əhmədova

Bu xəbər oxucular tərəfindən 635 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |