07.11.2017 [11:33] - Xəbərlər, DAVAMın yazıları
Osmanlı birinci dünya müharibəsində məğlub olduqdan sonra qalib olan müttəfiqlər Osmanlı dövləti ilə ağır şərtlərin yer aldığı müqavilə imzalayırlar. O gündən sonra Osmanlının qara günləri başlayır. Belə təslimçi müqavilə ilə razılaşa bilməyən Osmanlının müdafiə naziri olan Ənvər Paşa ölkəni tərk edir. Türkiyədən getdikdən 12 gün sonra - 12 noyabr 1918-ci ildə İstanbulda qalan qardaşı Kamil bəyə Kırımdan göndərdiyi məktubda: “İşlərin artıq sona yetdiyi məlumdur. Müharibəni uduzduq” deyərək Qafqaza getmək üçün yol axtardığını yazır. Türkiyəli yazar Murad Bardakçının araşdırmalarından əldə etdiyi həmin tarixi məktubu təqdim edirik:
“İki gözüm, qardaşım. İşlərin sona yetdiyi məlumdur. Müharibəni uduzduq. Apardığımız danışıqlara görə ingilislər hərbi gücləri ilə İstanbula gələcəklər. Mən də bu vəziyyətdə orada ingilisləri görməkdənsə, İslama xidmət etmək üçün Qafqaza getməyi üstün tutdum. İstanbuldan çıxıb Ukraynadan keçərək Kırıma gəldim. Bir həftədir burada Qafqaza getmək üçün vasitə axtarıram, ancaq bir nəticə yoxdur. Görək necə olacaq? Səndən isə bir xahişim var. Hakkı Paşaya olan məktubu götürüb şəxsən özünə verərsən. Sultan həzrətləri üçün verəcəyim kağızı və ya kağızları da alarsan. Bu kağızları bir başa Sultan həzrətlərinin özünə verərsən. Yox əgər aparmaq mümkün olmasa, o zaman bankda bir siyirtməli “kassa” kirayələyərək kağızları orada saxla və açarını da imkan olan kimi Sultan əfəndinin özünə çatdırarsan. Bununla da ailəmə qarşı olan vəzifəmdə mənə həddindən artıq kömək etmiş olacaqsan. Bir də Nazim bəyə bağlı bir məktub göndərirəm. Onu da özünə verərsən.
Əgər mənə məktub göndərəsi olsan Ağməsciddə Seyid Əbdülcəlil Xəttatov vasitəsilə qafqazlı Həkimovun xanımı Fatma adı ilə göndər. Oradan mənə yetişər. Və yaxud da məktubumu sənə gətirən adama verə bilərsən. O mənə çatdırar. Təhsilin üçün evlər müdiri Dərviş bəy həmişəki kimi pul göndərəck. Hələlik, sağ olun, sənin və Ərtoğrulun gözlərindən öpürəm.
12 noyabr 1918-ci il
Ənvər."
Təqdim etdi: Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |