08.11.2017 [09:38] - Gündəm, DAVAMın yazıları
Bədii düşünə tariximizin işıqlı nümayəndələrindən biri olan M.Ə.Sabirin həyatı və ədəbi fəaliyyəti XX əsrin əvvələrindən başlayaraq maraqlı tədqiqat obyekti kimi diqqəti cəlb etmişdir.
Ələkbər Tahirzadənin ilk mətbu şeiri "Şərqi-Rus" qəzetinin 27 iyun 1903-cü il taarixli 37-ci nömrəsində çap etdirdiyi ciddi üslubda yazılmış
"Şükr lillah ki,afitabi-süxən
Şərqi mənadan oldu çöhrənüma;"
beyti ilə başlanan 27 beytlik məsnəvidir.
Tanışlıq üçün deyək ki,"Şərqi-Rus" qəzetinin ilk nömrəsi 1903-cü il martın 30-da Tiflisdə Azərbaycan dilində çıxmışdır.Qəzetin redaktori Məhəmməd ağa Şahtaxtlı,əsas mühərrirləri isə Ö.F.Nemanzadə və C.Məmmədquluzadə idi. "Şərqi-Rus" qəzeti əvvəllər həftədə 3 dəfə,1904-cü il iyunun 8-dən isə hər gün çəxmışdır. "Şərqi-Rus" Ələkbər Tahirzadənin fikir və düşüncələrini xalqa çatdırmaq üçün ən yaxşı tribuna idi.
Müəllif mənzum təbrikində "Şərqi-Rus"un nəşrini alqışlayır,onu dünyanı işıqlandıera biləcək cünəşlə müqayisə edirdi.
Şeirdə qəzetin taradıcısı Məhəmməd ağaya da yüksək qiymət verilir,onun maarifçilik fəaliyyəti təqdir olunurdu.
Şairin fikrincə, indi elmin çox gərəkli olması lazım bilinən əsrdir, zamandır.
Şeirin sonuncu beytləri çağırış xarakterlidir:
Kəsbi-elmə səbəb fərahəmdir ( əlbirlik,bir yerə toplanmaq - N.N.),
Sabira, bir zəman ayıl, yatma !
Qıl dualar ki, "Şərqi-Rus"umuzun
Tələtindən (günəş kimi çıxmağından -N.N.) ola cahan beyza ( işıqlna -N.N.).
Maraqlıdır ki, şair təbrik şeirini Ələkbər Tahirov imzası ilə çap etdirsə də, sonuncu beytdən-məqtə beytindən əvvəlki beytdə ozünü və şairliyini oxuculara Sabir kimi tanıtmışdır.
Bu il may ayının 30-da Azərbaycanın böyük şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 155 ili tamam oldu.Sabiri yada salan da oldu,unudan da. Şərəfinə söz abidəsi ucaldan da oldu,ölümündən çox sonralar ona betondan tlkdirimış mənzil-muzeyini yenidənqurama adı ilə sökdürən də.Yaxşı insanlar gərək unudulmasın.Bu gün unudulan 5-10 gündən sonra yada düşmür.
İnsanın unudulması böyük dəhşətdir. Bizim hər birimiz Sabirin təbliğatçısı və təəssübkeşi olmalıyıq.
Sabir yaxşı müəllimlərdən yaxşı dərs alan söz ustasıdır.Cəmi 4-5 illik məktəb təhsili görüb.Amma o, gördüyü dünyanın yaxşısını dapisini də bütün türk dünyasına tanıda bilib.
Sabir tərbiyə məktəbidir, Sabirin ayaq basdığı hər qarış torpaq-bizim poeziya məbədimizdir. Sabirə oxuduğu məktəblərin müəllimlərindən başqa,Sabirin özü də dərs deyib. Sabiri tanımaqdan ötrü onun müəllimlərini və oxuduğu məktəbləri tanımalıyıq.
Sabir təhsilimizin, tarixini və onun tədrisini,ləyaqətli təşkilatçılarını bugünümüzə və gələcəyimizə tanıdan şairdir.
Mirzə Ələkbər Sabir Tahirzadə 1278-ci səneyi-hicridə zilhiccə ayının əvvəlinci günündə Şamaxıda anadan olmuş, 1329-cu il rəcəb ayının 28-də vəfat etmişdir ki,bu da miladi tarixlə 1862-ci il mayın 30 ilə 1911-ci il iyulun 12-nə uyğun gəlir.
Sabir çoxəsrlik Azərbaycan poeziyasının ənənələrini öz yaradıcılığında əks etdirməklə yanaşı, ictimai fikrin formalaşmasında da öz rolunu göstərən söz ustalarından biri olub. “Molla Nəsrəddin” jurnalı ətrafında formalaşmış ədəbi cərəyanın ən parlaq simalarından olan Sabirin yaradıcılığının əsas mövzusu maarifə, elmə çağırışdır. Bu çağırış həm ciddi ,həm də satirik və yumoristik tonda səslənmişdir.
Sabiri dünyaya tanıdan ana dilli mətbuaımız və dərsliklərimiz oldu.
***
Görkəmli söz ustası Mirzə Ələkbər Sabirin məktəb həyatından söz açan tədqiqatçıların çoxu onun əvvəlcə bir neçə il mollaxanada, sonra isə 1874-cü ildə Şamaxıda açılmış “Məclis məktəbi”ndə oxuduğunu yazır.
“Məclis məktəbi” Şamaxıda fəaliyyət göstərən ruhani idarələrinin himayə etdiyi təhsil ocağı idi. Məktəbin açılmasının təşəbbüskarı Şamaxıda yerləşən Bakı Quberniyası Əhli-Təsənni İdarəsinin sədri Hacı Səid Əfəndi Ünsizadə idi. (1859-cu ildə paytaxt Şamaxıdan Bakıya köçürülərkən bir sıra idarələr Şamaxıda saxlanılmışdı -N.N). Məktəbin açılmasına Bakı qubernatoru D.S.Staroselski (15.05.1832- 11.03.1884 ) icazə vermişdi.
M.Ə.Sabirin oxuduğu "Məclis məktəbi"nin yaradıcısı Hacı Səid Əfəndi Ünsizadə sonralar Şamaxı şəhərində əsassız təzyiqlərə məruz qalır, müxtəlif cinayətlərlə günahlandırılır, lakin heç bir fakt təsdiq olunmur. Sonralar S.Ünsizadə doğma yerlərdən baş götürüb, türk dünyasının baş şəhərinə-İstanbula köçmüş, əqidə dostlarından biri olan Münif paşanın köməkliyi ilə maarif sahəsində rəhbər vəzifəyə işə düzəlmiş, 1905-ci ilin yazında İstanbulda ömrünün 80-ci ilində dünyasını dəyişmişdir. S.Ünsizadə Quranın Azərbaycan dilində ilk təfsirini yazanlardan biridir.
M.Ə Sabir zəngin pedaqoji ənənələri olan, güclü zəlzələdən sonra paytaxt statusu əlindən alınan qədim bir şəhər mühitində-Şamaxıda pərvazlanmış, buradakı zəkalı müəllimlərdən dərs almış, həm Şərq, həm də Qərb pedaqoji fikrini dərindən öyrənmişdir. Bunu onun Uşinskidən və Mozdolevskidən etdiyi tərcümələr də təsdiq edir.
***
“Məclis məktəbi”ndə Sabirə Cəlaləddin Ünsizadə, Seyid Əzim Şirvani kimi milli qeyrətli, elmə, təhsilə bağlı olan aydın düşüncəli müəllimlərin dərs deməsi gələcək şairin mənəvi aləmini xeyli zənginləşdirib. Onlarin hər ikisi Şamaxının ən savadlı müəllimlərindən sayılır, Şamaxı pedaqoji mühitinin aparıcı qüvvələri kimi tanınırdı.
M.Ə.Sabirin müəllimləri yaradıcı müəllimlər idi: onların hər ikisi dərslik yazmış, dövri mətbuatın formalaşmasında və inkişafında, xalqın maariflənməsi yolunda fəal iştirak etmişdir. Cəlaləddin Ünsizadə sonralar "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin, "Kəşkül" jurnalının və "Kəşkül" qəzetinin redaktoru olmuş, S.Ə.Şirvani iki dərslik yazmış, bütöv bir elmi-tədqiqat institutunun kollektiv şəkildə çətinliklə bir il ərzində görə biləcəyi işi təkbaşına yerinə yetirmişdir: o, 300-dən artıq şairin həyat və yaradıcılığını əks etdirən təzkirə-ədəbiyyatşünaslıq əsəri yaratmışdır.
Cəlal Ünsizadənin Sabirə və onun şagird dostlarına dediyi hesab dərslərinin konspektləri əsasında 1884-cü ildə Tiflisdə öz şəxi mətbəəsində çap etdirdiyi "Hesab" dərslıyi uzun müddət Zaqafqaziyanın türkdilli ibtidai məktəblərin əsas dərs vəsaiti olmuşdur.
M.Ə.Sabirin “Məclis məktəb”ində ana dili və şəriət müəllimi S.Ə.Şirvani olmuşdur. Sabirin şair və tərcüməçi kimi yetişməsində Seyid Əzimin böyük rolu danılmazdır. S,Ə.Şirvani milli mətbuatımızın ilk müxbirlərindəndir. 1891-ci ildə "Kəşkül" qəzeti bağlananda M.Ə.Sabirin 29 yaşı var idi.Çox təəssüfki,biz M.Ə.Sabirin imzalarınə XIX əsrin ikinci yarısının milli mətbuatımızda görmürük. Sabirin yaşı onun "Ziya" qəzetində də, "Ziyayi -Qafqasiyyə" qəzetində də, "Kəşkül" jurnalında da çıxışına imkan verirdi.
Doğrudur , Sabir 1910-cu ildə yazdığı "Vaqieyi-yubileykaranə" şeirində Şamaxının tarixdə məşhur olan ziyalılarının siyahısında Həsən bəy Zərdabininn də, Səid Ünsizadənin də adını çəkir, lakin burada səhvən Səid Ünsizadəni "Kəşkül"ün müdiri kimi təqdim edir.
M.Ə.Sabir hələ məktəb illərindən Şərqin Ömər Xəyyam, Nizami Gəncəvi, Sədi, Xacə Hafiz, Bəhaiddin kimi şairlərinin yaradıcılığına yaxşı bələd imiş. Onun farsdilli poeziyadan ilk mükəmməl tərcümələri məhz məktəb illərinə təsadüf edir.
M.Ə.Sabirin ən yaxın şagird yoldaşı və dostu S.M.Qənizadənin yazdığına görə, Ələkbər “Məclis məktəbi”ndə cəmi iki il oxuyub. O, uşaqların hamısından talantlı imiş, hələ şagird olanda Nizami Gəncəvinin ”Xəmsə”sini fars dilindən Azərbaycan dilinə tərcümə edirmiş.
Atasının təkidi ilə iki ildən sonra "Məclis məktəbi"ndən uzaqlaşan Sabir atasına ticarət işlərində kömək edir. O, bir müddətdən sonra atasının icazəsi ilə Səbzəvar, Xorasan, Nişapur, Buxara kimi şəhərlərə səyahətə çıxır. Səfərdə olarkən atasının ölüm xəbərini eşidən Sabir Şamaxıya qayıdır və böyük qardaşı ilə birlikdə böyük ailənin qayğılarını çəkməli olur: hər cür ağır işin qulpundan yapışır, çətinliklə çörəkpulu qazanır.
Evlənəndən və yeddi qız atası olandan sonra Sabirin həyatı daha da çətinləşir. O, 1907-ci ilin sonlarında o vaxt Zaqafqaziya Müəllimlər Seminariyasında inspektor (müfəttiş) işləyən məktəb dostu S.M.Qənizadəyə giley dolu məktub yazır, düşdüyü çətin vəziyyətdən şikayətlənir.
Dostu cavab məktublarının birində Zaqafqaziya Müəllimlər Seminariyasında yaxın vaxtlarda bir müəllim yeri boşalacağını və müəllimlik kağızı olacağı təqdirdə Sabirin bu vəzifədə işləyə biləcəyini ona xəbər verir. (Seminariyada şiə məzhəbindən olan tələbələrə ana dili və şəriətdən dərs deyən F.Köçərlinin daha yüksək vəzifəyə (müfəttiş vəzifəsinə) təyin olunacağı gözlənilirdi-N.N.).
Məsələ burasındadır ki, o vaxtlar savadlı adamların Quberniya Ruhani idarələrinin birində yüksək səviyyəli komissiya qarşısında imtahan vermək yolu ilə attestat alması mümkün idi. Sabir bu əlverişli imkandan istifadə etmək qərarına gəlir. O, bu məqsədlə 1908-ci il fevralın 12-də Bakı Quberniya Şiə Ruhani İdarəsinə ərizə ilə müraciət edir. Rəsmi dairələrdə Mirzə Ələkbər Məşədi Zeynal oğlu kimi tanınan Sabir aprelin 11-də Bakıda Came məscidində imtahan verir. Onunla imtahan verənlərin demək olar ki, hamısı yaşadıqları ərazilərin tanınmış din xadimləri idi, yazı-pozu əhli idi, lakin heç birinin Zaqafqaziya Ruhani İdarəsində təsdiq olunmuş “prixod mollası və müəllim” attestatı yox idi.
Aydınlıq üçün deyək ki, “prixod mollası və müəllimlik attestatı” imtahanları Qafqaz Canişininin 5 mart 1876-cı ildə təsdiq olunmuş Əsasnaməsinə uyğun olaraq aparılırdı. Əsasnamə əsasında tərtib olunmuş proqrama görə, attestat almaqdan ötrü imtahan verən hər bir şəxs müəzzin (azançı) üçün tələb olunan sözləri düzgün tələffüz etməli, namaz qaydalarını, təlqin (ölü basdırıldıqda qəbir üzərində oxunan dua- N.N.) və dəfn qaydalarını bilməklə yanaşı, müəllimlik vəzifəsinin üsullarına da bələd olmalı idi. İddiaçıdan Azərbaycan və fars dillərini mükəmməl bilmək, yaxşı xətlə yazmağı bacarmaq tələb olunurdu. Quranın oxusunda orfoepik normalara əməl etmək, cümə günü və dini bayram günlərində tələb olunan dini mərasim tədbirlərini icra və təşkil etməyi bacarmaq, kəbin (nikah ) və boşanma qaydalarını yaxşı bilmək, qan və süd qardaşlığı qohumluq dərəcəsini müəyyənləşdirmək bacarığı proqramın əsas tələblərinə aid idi.
Prixod mollası və müəllimin öz fikrini tatar (Azərbaycan-N.N. ) dilində yazılı şəkildə ifadə etməyi bacarması da vacib şərtlərdən biri kimi qiymətləndirilirdi.
Rus və fars dilərində yazılmış imtahan protokollarının sonunda iddiaçının prixod mollası adına layiq olub-olmaması xüsusilə vurğulanırdı.
Mirzə Ələkbər Məşədi Zeynal oğluna və onunla bir yerdə imtahan verənlərə aid imtahan sənədlərini Bakı Quberniya Ruhani Məclisinin sədri, Quranın Azərbaycan dilinə ilk tərcüməçilərindən biri olan Hacı Mir Məhəmməd Kərim Hacı Mircəfərzadə, məclis üzvləri Axund Ağa Rəsulzadə (M.Ə.Rəsulzadənin atası-N.N.) və Axund Ağa Əlizadə imzalayıblar. Sənədlər baxılmaq və təsdiq olunmaq üçün aprelin 19-da Tiflisə-Zaqafqaziya Ruhani İdarəsinin sərəncamına göndərilmişdi.
O vaxt artıq bir neçə ay idi ki, Zaqafqaziyada şeyxülislam vəzifəsi boş idi: 1879-cu ildə Qori Müəllimlər Seminariyasının müsəlman (Azərbaycan-N.N.) şöbəsi açılan gündən burada oxuyan şiəməzhəb tələbələrin ana dili və şəriət müəllimi olmuş, sonralar uzun müddət ruhani idarəsinə rəhbərlik etmiş Əbdüssəlam Axundzadə 1907-ci il noyabrın 18-də ömrünün 64-cü ilində vəfat etmişdi.
Aprelin 22-də Tiflisə çatdırılan imtahan sənədlərinə Zaqafqaziya Ruhani İdarəsinin üzvləri tərəfindən dövlət nümayəndələrinin iştirakı ilə mayın 5-də baxılır. 1908-ci il mayın 7-də Bakının Qobu kənd sakini Molla Abdulla Hacı İsmayıl oğluna, qalalı Molla Əbdülhəmid Kərbəlayı Hacı Vəli oğluna, Göyçayın Alpoud kənd sakini Mehdi bəy Molla Əbdülhəsən Kərbəlayı İsmayıl oğluna və şamaxılı Mirzə Ələkbər Məşədi Zeynal oğluna prixod mollası və müəllimlik attestatı (diplomu yox- N.N.) verilir.
Mirzə Ələkbərin bəxtinə 944 nömrəli attestat düşür.
M.Ə.Sabir müəllim işləmək üçün attestatı Şamaxı Əhli-Təsənni Ruhani İdarəsinin xəttilə də ala bilərdi. Şeirlərinin birində yazdığı kimi, onun babası sünni, nənəsi isə şiə idi. O, sünni ruhani məclisinin sədri Hacı Məcid Əfəndi Əfəndizadə ilə səmimi dostluq münasibətində idi. 1908–ci il fevralın 29-da vəfat edən Məcid Əfəndinin matəminə Sabirin iki mərsiyə yazması bu münasibətdən irəli gəlirdi.
Mirzə Ələkbər Məşədi Zeynal oğlu Bakı Quberniya Şiə Ruhani İdarəsinə müəllimlik attestatı almaqdan ötrü göndərdiyi ərizəni Məcid Əfəndinin ölümündən 17 gün əvvəl - fevralın 12-də yazmışdı.
Sabirin Bakı Quberniyası Şiə Ruhani İdarəsindən attestat almaq istəyi onun Zaqafqaziya Müəllimlər Seminariyasında şiəməzhəb uşaqlara dərs deyən Firudun bəy Köçərlinin yüksək vəzifəyə gedəcəyi təqdirdə boşalacaq yerdə işləmək arzusundan irəli gəlmişdi. Təəssüf ki, bir neçə kitab müəllifi olan, ədəbiyyatımızın tarixini həm rusca, həm də azərbaycanca yazan, Sokratın təlimini “Təlimati- Sokrat” adı ilə tərcümə edərək pedaqoji elmimizi zənginləşdirən, bacarıqlı tərcüməçi olan F.Köçərlinin ali təhsili olmadığı üçün nəzərdə tutulan istək reallaşmadı. Başqa sözlə, Sabirin Qərbə istiqamətlənmiş yürüşü də məhz buna görə baş tutmadı.
Əhvali-ruhiyyəsi gərginləşən, artıq səkkiz övlad atası olan şair (yeddi qızdan sonra Sabirin bir oğlu da dünyaya gəlmişdi) ailəni müəllim işləmək yolu ilə saxlamaq qərarında israrlı olur.
M.Ə.Sabir 1908-ci ilin iyun ayında “Tazə həyat” qəzetində Bakıda təzə açılan “Səadət “ adlı məktəbə iki müəllim tələb olunduğunu oxuyur. O, tərəddüd etmədən məktəbin rəhbərliyinə yazılı şəkildə müraciət edir, lakin Sabirin müəllim işləmək, cəhalət qaranlığında əzab çəkən vətən övladlarına dərs demək, onlara maarifin işıqlı yollarını göstərmək arzusu baş tutmur: attestatlı şairin ümid dolu məktubu cavabsız qalır.
1908-ci ilin sentyabrında Şamaxıda “Ümid məktəbi“ adı ilə bir təhsil ocağı açılır. Sabir çətinlik çəkmədən bu məktəbə işə düzəlir. Bu işdə M.Ə Sabirə o vaxtlar Bakı-Dağıstan Məktəblər İdarəsinin inspektoru (müfəttişi) S.M.Qənizadənin kömək etdiyi şübhəsizdir. Məktəbdə Sabirlə yanaşı, Hacı Baba Zamanov soyadlı gənc bir müəllim də işləyirdi. O, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu idi.
Bu faktları da xatırlamaq yerinə düşür ki, S.M.Qənizadə Qərb təmayüllü ali pedaqoji təhsil almış ilk azərbaycanlılardan biridir: S.M.Qənizadə, onun həmşəhərlisi Həbib bəy Mahmudbəyov, qutqaşınlı (indiki Qəbələ-N.N.) Süleyman bəy Əbdürrəhmanbəyov 1887-ci ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutunu bitirmişdilər.
S.M.Qənizadə H.Mahmudbəyovla birlikdə 1887-ci ildə Bakıda yeni tipli təhsil ocağı-“Rus-Müsəlman məktəbi“ yaratmış, qısa bir müddətdə belə məktəblərin sayı xeyli artmışdır.
“Məktəb“ jurnalının 1912-ci ildəki 21-ci nömrəsində S.M.Qənizadənin türk dünyasının görkəmli ziyalılarından biri olan məşhur pedaqoq və mühərrir İsmayıl bəy Qaspralı ilə maarif cəbhəsindəki işbirliyindən söz açılır. Yazıdan aydın olur ki, S.M.Qənizadə və İ.Qaspralı Türküstanda-Səmərqəndə “Rus- Müsəlman Məktəbi“ yaratmışdılar.
1910-cu ilin əvvəllərində Sabir Bakıya gəlir, S.M.Qənizadənin köməyi ilə, “Nəşri-maarif” cəmiyyətinin xətti ilə açılan Balaxanı kənd məktəbində işə düzəlir. Sabir bu məktəbdə bir ildən artıq işləyir. Bir neçə ay xəstə yatan Sabir 1911-ci il iyulun 12-də dünyasını dəyişir.
Hələ attestat almamışdan əvvəl xalq içində Mirzə Ələkbər kimi tanınan, ana dili ilə yanaşı, fars və ərəb dillərini də şeir yazmaq dərəcəsində mükəmməl bilən, dövrün vacib və qaçılmaz tələbi ilə rus dilini də öyrənməyə məcbur olan Mirzə Ələkbər Məşədi Zeynal oğlu Tahirzadənin (Sabirin, Hop-hopun, Ağlar-Güləyənin, Çayda çapanın, Nizədarın, Din dirəyinin, Dindarın, Ə.S.Şirvaninin…) məktəbdəki müəllimlik fəaliyyəti cəmi üç ildavam edir.
Yaxşı müəllimlərin yaxşı şagirdi olan, xalq pedaqogikasının incəliklərini mükəmməl bilən, Azərbaycan dilinin musiqi və təranələrini bu dili bilənə də, bilməyənə də sevə-sevə sevdirən M.Ə.Sabirin ictimai-siyasi həyatımızdakı, mənəvi dünyamızdakı müəllimliyi isə dünya durduqca, ağıllı sözə ehtiyac duyulduqca davam edəcəkdir.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının
Azərbaycan dili və ədəbiyyat bölməsinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
türkoloq.
07.11.2017.

Bu xəbər oxucular tərəfindən 684 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |