Şrift:
Rusiya-Azərbaycan sərhədində yük maşınları üçün yaradılmış süni növbə aradan qaldırılıb
08.11.2017 [10:29] - Hadisə
Azərbaycan – Rusiya sərhədində (Dağıstan) yük avtomobili sürücülərinin etirazları ilə bağlı vəziyyət sabitləşib, sərhəddə yaranmış növbə aradan qaldırılıb.
Bunu çərşənbə axşamı TASS-a Dağıstan hökuməti sədrinin müavini vəzifələrinin müvəqqəti icraçısı Ramazan Cəfərov deyib.
"Azərbaycanla sərhəddə vəziyyət sabitləşib, artıq bir neçə gündür ki növbə yoxdur. Respublika rəhbəri Vladimir Abdualiyeviçin [Vasilyev, Dağıstan rəhbəri vəzifəsinin müvvəqəti icraçısı] tapşırığı ilə şəxsən sərhəddə yerləşən "Viaduk" gömrük-logistika mərkəzi və "Yaraq-Qazmalar" beynəlxalq avtomobil-buraxılış məntəqəsində oldum, sürücülər və oradakı xidmətlərin nümayəndələri ilə görüşdüm, iş ştat rejimində davam edir", - deyə Cəfərov bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda maraqlı tərəflər, o cümlədən yük maşını sürücülərinin nümayəndələrinin də iştirakı ilə Rusiya-Azərbaycan sərhədində əvvəl bildirildiyi kimi "yığım"lar haqqında məlumatlar yoxlanılacaq.
"Gömrük texniki baxımdan avtonəqliyyat axınının öhdəsindən gəlmək iqtidarındadır. Əgər müxtəlif xidmətlər tərəfindən burada soyğunçuluq məqsədi ilə süni növbə vəziyyəti yaradılarsa, bununla aidiyyəti qurumlar məşğul olacaq", - deyə agentliyin həmsöhbəti bildirib.
Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed