05.06.2012 [12:38] - Gündəm
ABŞ maliyyə nazirinin terrorizm və maliyyə informasiyası məsələləri üzrə müavini Devid Kohen iyunun 4-də jurnalistlərə açıqlamasında İranın Qərblə apardığı nüvə danışıqlarından danışıb. Devid Kohen deyib ki, İranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) ilə apardığı müzakirələr nəticə verməsə, ABŞ İrana təzyiqi gücləndirmək üçün İsraillə məşvərətə başlayacaq: “Əgər iyunun 18-19-da Moskvada keçiriləcək danışıqlar məğlubiyyətə uğrasa və müzakirələrdə hər hansı irəliləyiş müşahidə olmasa, şübhəsiz ki, İrana qarşı təzyiqlərimizi daha da gücləndirəcəyik.Biz ötən il İrana qarşı sanksiyalarla bağlı İsraillə yaxından əməkdaşlıq etmişik. İsrail bizim müttəfiqimizdir və biz İrana qarşı təzyiqləri gücləndirmək üçün bu ölkə ilə məşvərət edəcəyik”.
Bu xəbər oxucular tərəfindən 1268 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |