Şrift:
Səudiyyə Ərəbistanında 200-dən çox insan korrupsiyada şübhəli bilinərək saxlanılıb
10.11.2017 [10:31] - Hüquq
Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mujib korrupsiya işi təhqiqatı çərçivəsində 208 nəfərin saxlanıldığını bildirib.
Bu barədə "Əş-Şark əl-ausat" qəzeti məlumat yayıb.
Baş prokuror 7 nəfərin azadlığa buraxıldığını qeyd edib. "Korrupsiya işi təhqiqatı ilə əlaqədar saxlanılmış 208 nəfərdən 7-i azadlığa buraxılıb", - deyə baş prokuror qeyd edib.
O, istintaq sirri ilə əlaqədar saxlanılanlar haqqında şəxsi məlumatları açıqlamaqdan imtina edib.
Bu xəbər oxucular tərəfindən 601 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed