05.06.2012 [12:48] - Güney Azərbaycan xəbərləri
Son illərdə "İran İslam Respublikasında", o sıradan da paytaxt Tehranda narkomanların sayının kəskin artması vətəndaşların və gənc övladları olan ailələrin ciddi narahatlığına səbəb olub.Bəzi narkomanlar şəhərin küçə və meydanlarında, eləcə də parklarda polisdən çəkinmədən açıq-aşkar ictimaiyyət qarşısında anaşa çəkməklə məşğul olur. Polis vaxtaşırı narkomanları şəhərdən yığışdırıb xüsusi mərkəzlərə aparsa da, həmin şəxslər cüzi müalicə aldıqdan sonra buraxılır və yenidən əvvəlki həyatlarına qayıdırlar.
iranlı sosioloqlar hesab edirlər ki, cəmiyyətdə narkomanların sayının gündən-günə artması daha çox yoxsulluq, eləcə də gənclərin işsizliyi, gələcəyə ümidsizliyi, perspektivsiz həyat sürməsi və maddi imkanı olmadığına görə vaxtında ailə həyatı qura bilməməsi ilə əlaqədardır.

Bu xəbər oxucular tərəfindən 1199 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |