10.11.2017 [10:41] - Xəbərlər, Türk dünyası-Turan
İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ikinci Nazirlər Toplantısı keçirilib.
Türkiyənin Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyinin ev sahibliyi ilə keçirilən toplantıda Azərbaycanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Toplantıda elektron hökumət, kibertəhlükəsizlik və fiberoptik şəbəkənin inkişafı üzrə müzakirələr aparılıb.
Türk Şurasının baş katibi Ramin Həsənov müzakirə olunan məsələlərin əhəmiyyətindən danışaraq vurğulayıb ki, rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi türkdilli ölkələrin maraqlarını tam əks etdirir.
Azərbaycanda elekton hökumət quruculuğu istiqamətində görülən işlər, o cümlədən İKT sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verən nazir Ramin Quluzadə İKT sektorunda əməkdaşlığın genişləndirilməsi, mövcud çağırışların səmərəli şəkildə cavablandırılması baxımından Türk Şurası çərçivəsində İKT üzrə işçi qrupun fəaliyyətinin xüsusi önəm daşıdığını bildirib. Nazir Azərbaycanın təşəbbüskarı olduğu Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsinin həyata keçirilməsi istiqamətində Türk Şurasına üzv ölkələrin birgə səylərinin təqdirəlayiq olduğunu qeyd edib. R.Quluzadə layihənin iki qitə arasında ən qısa fiberoptik bağlantı olmaqla region ölkələri üçün strateji önəm daşıdığını və dənizə çıxışı olmayan dövlətlərdə rəqəmsal boşluğun aradan qaldırılmasında əhəmiyyətli rol oynayacağını bildirib. Nazir məlumat verib ki, TASİM layihəsi üzrə yüksək səviyyəli rəsmilərin növbəti illik görüşü cari il dekabrın 5-də “BakuTel-2017” Beynəlxalq sərgi-konfransı çərçivəsində Bakıda keçirilməsi nəzərdə tutulur.
Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Türk Şurası çərçivəsində fəaliyyət göstərən İKT üzrə işçi qrupun fəaliyyətini yüksək qiymətləndirib. O, təşkilata üzv dövlətlər arasında kibertəhlükəsizlik, elektron hökumət və fiberoptik şəbəkənin inkişafı sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətinə çatdırıb, tədqiqat və inkişaf istiqamətlərində də əməkdaşlığın zəruriliyini bildirib. TASİM layihəsinin region ölkələri üçün önəminə toxunan nazir layihənin tezliklə reallaşdırılması istiqamətində səylərin artırılmasının vacibliyini qeyd edib.
Qazaxıstan və Qırğızıstan rəsmiləri də TASİM layihəsinin vacibliyini vurğulayaraq onun həyata keçirilməsində maraqlı olduqlarını ifadə ediblər. Tərəflər elektron hökumət, kibertəhlükəsizlik və fiberoptik şəbəkənin inkişafı üzrə fikir və mülahizələrini bölüşüblər.
Çıxışlarda oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında açılışı keçirilən Bakı-Tbilisi-Qars dəmir yolunun tarixi əhəmiyyəti qeyd olunub. Əminliklə bildirilib ki, böyük siyasi iradə ilə gerçəkləşən bu layihə türk dünyasının ortaq sərvətidir. Toplantı iştirakçıları, həmçinin TASİM-in Avrasiya qitəsi üçün xüsusi önəm daşıyan beynəlxalq layihə olduğunu qeyd edərək onun reallaşması üçün ciddi səy göstərəcəklərini diqqətə çatdırıblar.
Toplantıdan sonra Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan arasında ikitərəfli görüş keçirilib. Görüşdə nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sahələrində qarşılıqlı əhəmiyyət kəsb edən məsələlərə dair müzakirələr aparılıb.
Xatırladaq ki, 2015-ci il sentyabrın 11-də Astanada keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunun yaradılması qərara alınıb. İKT üzrə birinci Nazirlər Toplantısı 2016-cı ilin noyabrında Bakıda keçirilib.
Sabir Şahtaxtı

Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |