Şrift:
Bakıda 16 mərtəbəli binada yanğın olub, 10 nəfər tüstüdən zəhərlənib
11.11.2017 [10:09] - Gündəm, Hadisə
Bakının Binəqədi rayonunda yerləşən yeni tikilidə baş vermiş yanğın nəticəsində 10 nəfər tüstüdən zəhərlənib.
Davam.az “Report”-a istinadən xəbər verir ki, onlara hadisə yerində tibbi yardım göstərilib. Bir azyaşlı uşaq isə Toksikologiya şöbəsinə aparılıb.
Hadisə 16 mərtəbəli binanın birinci blokunda qeydə alınıb. Elektrik qəfəsinin yanması nəticəsində tüstülənmə baş verib. Bu səbəbdən birinci blokda olan mənzillərin sakinləri təxliyyə edilib.

22:02
Bakının Binəqədi rayonunda yanğın baş verib.
7-ci mikrorayon ərazisində yerləşən F.Məlikov küçəsindəki 16 mərtəbəli binada qeydə alınıb.
Hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb olunub. Xilasedicilər tərəfindən bir neçə azyaşlı binadan çıxarılıb. Hadisə zamanı tüstüdən zəhərlənənlərin olduğu bildirilir. Hazırda həkimlər onlara hadisə yerində tibbi yardım göstərirlər. Yanğın hazırda davam edir.
Bu xəbər oxucular tərəfindən 590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed