Şrift:
Azərbaycanlı qadın Tallinn şəhərinin vitse-meri təyin olunub
11.11.2017 [10:19] - Diaspor
Tallinn şəhər məclisinin iclasında mərkəzçi Taavi Aas Estoniya paytaxtının yeni meri seçilib.
İclasda şəhərin yeddi vitse-meri də təsdiqlənib. Onların sırasında azərbaycanlı, “Estoniya Yaşılları” partiyasının sədri Züleyxa İzmayılova da var.
Z.İzmayılova 1985-ci ildə Tallinndə dünyaya göz açıb. Anası eston, atası azərbaycanlıdır. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb. Z.İzmayılovanın iki övladı var. Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.
Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed