Şrift:
Əməkdar artist Məcnun Hacıbəyovun səhhətində problemlər var
05.06.2012 [16:57] - Sağlıq
Uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan, əməkdar artist Məcnun Hacıbəyovun səhhətində problemlər var. Bu barədə M. Hacıbəyov APA-ya açıqlamasında bildirib. O, anadan olduğu Quba rayonunda yaşadığını deyib: “Son illər rayonda yaşayıram. Ürəyim ağrıyır, müalicə olunuram. Yaşıma görə, işləyə bilmədiyim üçün 2010-cu ildən etibarən teatrdan işdən çıxmışam. 2006-cı ildə məni çağırdılar, üç il də teatrda işlədim. Bu ilin aprel ayından isə teatrın nəzdində fəaliyyət göstərən Həmkarlara Yardım Fondundan mənə aylıq yardım maaşı ayrılıb. Lakin pulu kartla almıram. Hər ay avtobusla rayondan şəhərə gəlmək isə mənim üçün çətindir”.

M. Hacıbəyov teatrdan ayrılsa da, kollektivlə daim əlaqə saxladığını deyib: “Artıq 77 yaşım var. Yaşıma görə təqaüd və fəxri ada görə əlavə 30 manat alıram. Narazı deyiləm, sağ olsunlar. Tək yaşayıram və aldığım mənə bəs edir. Övladlarım iş sahibidirlər. Həyat yoldaşım 1999-cu ildə vəfat edib, tək-tənhayam. Teatrla daim əlaqə saxlayıram”.
Bu xəbər oxucular tərəfindən 1750 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed