11.11.2017 [11:07] - Hüquq
BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Vyanada keçirilən 7-ci Sessiyası işini başa çatdırıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, konfransda Konvensiyaya tərəf olan 183 dövləti, müşahidəçi statusuna malik ölkələri, beynəlxalq və qeyri-hökumət təşkilatlarını təmsil edən 1800-dən çox nümayəndə iştirak edib.
Tədbirdə Konvensiyanın icrası istiqamətində həyata keçirilmiş tədbirlərə dair ölkələrin məruzələri dinlənilib. Eləcə də korrupsiyanın qarşısının alınması, cinayət yolu ilə əldə edilmiş gəlirlərin bərpası, həmçinin korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı dinləmələr keçirilib, müvafiq qətnamə layihələri müzakirə olunaraq qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov plenar iclasın açılışında çıxışı zamanı “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsində ölkəmizin təcrübəsi və nailiyyətlərini diqqətə çatdırıb.
Korrupsiya cinayətlərinin aşkara çıxarılması ilə bağlı xüsusi iclasda çıxış edən Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qanunvericilik və institusional islahatlar, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə məlumat verib. Bu kateqoriyadan olan cinayətlərin istintaqı zamanı müxtəlif ölkələrin hüquq mühafizə orqanları arasında əməkdaşlığın vacibliyini vurğulayan K.Əliyev Baş İdarə tərəfindən fəaliyyəti təmin edilən Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) Antikorrupsiya Prokurorları Şəbəkəsinin (NACP) bu istiqamətdə əhəmiyyətini xüsusi qeyd edib.
Tədbir müddətində bir sıra ölkələrin nümayəndə heyətləri ilə keçirilən ikitərəfli görüşlərdə ölkələrimizin korrupsiyaya qarşı mübarizə qurumları arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icra vəziyyəti ilə bağlı Azərbaycan Respublikasının 2-ci dövri icmalının təşkili ilə bağlı məsələlər müzakirə olunub.
Konfransda korrupsiya cinayətlərinin qarşının alınması və təqibi, əmlakın bərpası, habelə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın gücləndirilməsi barədə qəbul edilən qətnamələr və digər sənədlər bu sahədə fəaliyyətin daha da təkmilləşdirilməsinə zəmin yaradacaq.

Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |