Şrift:
Seysmoloji Xidmət Mərkəzi: İran-İraq sərhədində baş verən zəlzələ Naxçıvan və cənub rayonlarında hiss olunub
13.11.2017 [10:09] - Xəbərlər, Hadisə
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi İran-İraq sərhədində baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
Qurumun saytında qeyd olunur ki, yerli vaxtla saat 22:18-də İran-İraq ərazisində 7.2 maqnituda gücündə zəlzələ olub.
Zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında zəif hiss olunub.
Yeraltı təkanlar yerin 19 km. dərinliyində qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed