13.11.2017 [10:49] - Hadisə
BMT-nin Baş katibi Antoniu Quterriş zəlzələnin nəticələrinin aradan qaldırlması üçün İraq və İrana yardım etməyə çağırıb.
Baş katibin müraciəti BMT-nin kommünikesində yayılıb.
“Baş katib zəlzələ nəticəsində itkilərdən və dağıntılardan məyusdur. Ehtiyac yaranarsa, BMT yardım etməyə hazırdır”, - kommünikedə vurğulanıb.
Qeyd edək ki, noyabrın 12-də İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, təbi fəlakət nəticəsində İranda 200 nəfər ölüb, 1600 nəfər isə yaralanıb. Zəlzələ nəticəsində İraqda 4 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb. Ölən və xəsarət alan şəxslərin sayının artacağı istisna deyil.
Daha çox dağıntı İranın Kirmanşah və İlam əyalətlərində olub.

Bu xəbər oxucular tərəfindən 554 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |