06.06.2012 [11:38] - Xəbərlər
"Azərbaycanın İrandakı səfiri, eləcə də Təbrizdəki konsulluğu bu ölkədə saxlanılan azərbaycanlı şairlərin azad olunması istiqamətində fəaliyyətini davam etdirir".
Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib.
O, artıq bu məsələ ilə bağlı İrana 3 notanın göndərildiyini söyləyib: "Ümid edirik ki, yaxın vaxtlarda onlar barədə İran bizə məlumat verəcək və onlar qayıdacaqlar".
İran-Azərbaycan münasibətlərinə toxunan nazir bu münasibətləri qonşuluq münasibətləri adlandırıb: "Biz istəyirik ki, bu münasibətlər əvvəllər olduğu kimi davam etsin. Gərginlik nə qədər tez aradan qaldırılsa bir o qədər yaxşıdır. Çünki bu ölkə ilə geniş əməkdaşlığımız var".
Elmar Məmmədyarov son günlər cəbhə bölgəsində xoşagəlməz hadisələrlə də qarşılaşdığını dilə gətirib.
İyunun 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri, eyni zamanda ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupunun həmsədrləri Parisdə görüşəcəklər: "Görüşdə Ermənistan tərəfinin diqqətinə cəbhədəki xoşagəlməz hadisələri çatdıracayıq. Ermənistan rəhbərliyinin diqqətinə bir daha çatdıracayıq ki,yenilənmiş Madriq Prinsiplərinə razılıqlarını bildirsinlər".
ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klintonun Azərbaycana səfərini də yüksək qiymətləndirən nazir bildirib ki, görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yollar axtarmağa çalışacaqlar.

Bu xəbər oxucular tərəfindən 1108 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |