17.11.2017 [10:32] - Xəbərlər, DAVAMın yazıları
Tarixdə saray çəkişmələri, siyasi liderlərin hakimiyyət uğrunda bir-birinə qurduqları siyasi oyunlar olub və bu gün də dünya dövlətlərinə baxdıqda, bunu açıq görmək olur. Sovet hökuməti də belə siyasi intiriqaların üzərində quruldu. Bu dövlət mövcud olduğu zamanda hakimiyyətlərinin ilkin illərindən dağılana qədər siyasi çəkişmələrin meydanı oldu.
Vladimir İliç Lenini fiziki olaraq aradan götürən Stalin siyasi olimpə doğru maneəsiz yüksəlmək üçün qarşısını kəsən tək güc olan Lev Davidoviç Trotskini də aradan götürməyə çalışır. Müxtəlif oyunlar quraraq Trotskini mərkzədən uzaqlaşdırıb sürgünə yollayır. Və beləliklə də addım-addım istədiklərinə nail olur.
Sürgündə olan Trotski də Stalini ifşa etməyə və onu haqqı olmayan hakimiyyətdən uzaqlaşdırmağa çalışır və 4 yanvar 1932-ci ildə MK Siyasi Bürosuna və MKM Rəyasət Heyətinə tam məxfi qrifli bir məktub göndərir.
Enter.News Təhminə Bədəlovanın və Həbib Həbiboğlunun Azərbaycan dilinə tərcümə etdiyi həmin məktubu təqdim edir:
"Tam məxfi:
ÜK(b)P Siyasi Bürosunda və KMK Rəyasət Heyətində tarix yenə də böyük çevrilişlərdən birinə yaxınlaşıb. Almaniyada indi alman proletariatının, Kominternin və SSRİ-nin taleyi həll olunur. Kominternin siyasəti Çin inqilabını məhvə apardığı labüdlüklə alman inqilabını da məhvə sürükləyir. Amma bu dəfə tamamilə əks sonluqla. Bu barədə bütün lazım olanları başqa yerdə demişəm. Burada təkrar etməyin mənası yoxdur. Ola bilsin ki, məsuliyyəti tamamilə Stalinin üzərinə düşən məhvedici siyasəti dəyişməyə ən yaxşı halda 2-3 ay qalıb.
Mən MK haqqında danışmıram, belə ki, o, əslində, ləğv edilib. Sovet qəzetləri, o cümlədən partiya qəzetləri MK-ya tamamilə əhəmiyyət vermədən “Stalinin rəhbərliyi” haqqında, “Stalinin göstərişlərinin təntənəsi” haqqında, “Stalinin sərəncamları” haqqında, “Stalinin baş xətti” haqqında yazır. Diktatura partiyası o qədər alçalıb ki, tərbiyəsizcəsinə bir nəfərin təbii opportunizmi (uyğunlaşma, prinsipsizlik, sazişçilik siyasəti) və qeyri-loyallığı böyük tarixi hadisələrə möhür vurur.
Ümidsizcəsinə Çində, İngiltərədə, Almaniyada, dünyanın bütün ölkələrində, hər yerdən daha əvvəl isə SSRİ-də dolaşıb qalan Stalin indi özünün şişirdilmiş nüfuzunu qorumaq naminə mübarizədə Almaniyada avtomatik olaraq indiyədək görünməmiş tarixi miqyasda fəlakətə sürükləyən bir siyasəti dəstəkləyir.
Stalinə çətinlik yaratmamaq üçün kölə vəziyyətinə gətirilən “partiya” mətbuatı Almaniya haqqında ümumiyyətlə susur. Əvəzində “trotskiçilik” haqqında çox danışır. Yenə də bütöv səhifələr “trotskiçilik”lə doldurulub. Məqsəd “trotskçiliy”in “əksinqilabçı” cərəyan, “dünya burjuaziyasının avanqardı” olduğuna inanmağa məcbur etməkdən ibarətdir. 17-ci partiya konfransı bu əlamətlərlə çağırılır. Tamamilə aydındır ki, bu dəyişməz təbliğat hər hansı bir ideoloji məqsəd deyil, son dərəcə aydın praktiki, daha dəqiq desək, fərdi məqsəd güdür. Əgər onu qısaca ifadə etmək istəsək, deməliyik: növbədə sol müxalifət nümayəndələrinə qarşı münasibətdə siyasəti turkullaşdırmaq (A.V. Turkul – çar ordusunun generalı, vətəndaş müharibəsi illərində ağqvardiyaçı qoşununun məşhur Drozdov diviziyasının komandiri) məsələsi dayanır.
Stalin Qərbin rəsmi mətbuatı vasitəsilə ağqvardiyaçı terrorçu təşkilata dair fikirlərini aşkara çıxartdı, lakin eyni zamanda da bu faktları SSRİ zəhmətkeşlərindən gizlətdi. Xaricdə bu ifşa məsələsinin çap olunmasının məqsədi aydındır: general Turkulla olan ümumi işlərində Stalinə alibi qazandırmaq. Qorki (Maksim Qorki) və Litvinovun (M.M.Litvinov 1918-ci ildən Xalq Xarici İşlər Komissarlığının kollegiya üzvü, 1921-ci ildən Estoniyada səlahiyyətli nümayəndə) adları isə, yəqin ki, maskalanmaq üçün işlədilib.
Bu məktubun müəllifinə terrorçu usullarla divan tutulması məsələsi hələ Turkuldan xeyli əvvəl, 1924-25-ci illərdə Stalin tərəfindən qoyulmuşdu. Stalin məhdud çərçivədə keçirilən yığıncaqda lehinə və əleyhinə olan dəlilləri ölçüb-biçmişdi. Lehinə olan sübutlar açıq və aydındır. Əleyhinə olan başlıca sübut isə bu idi: əks-terrorçu aktlarla cavab verə biləcək həddindən çox gənc fədakar trotskiçilər var.
Bu məlumatları mən bir vaxtlar Zinovyev və Kamenevdən (L.B.Kamenev – MK üzvü, Oktyabr çevrilişinin təşkilatçılarından biri) onlar müxalifətə keçəndən sonra, həm də elə şəraitdə və təfsilatı ilə almışam ki, bütün bunlar məlumatların səhihliyinə hər hansı bir şübhəni rədd edir. Kamenev və Zinovyev, ümidvaram, sizin də unutmadığınız kimi, MK-nın başında dayanan Stalinlə birgə ümumi hakim “üçlüy”ə məxsus idilər: onlar elə işlərdən xəbərdar idilər ki, bunlar MK-nın; sadə üzvləri üçün tamamilə əlçatmaz idi. Əgər Stalin Zinovyev və Kamenevin o vaxt verdikləri izahatları dəyişməyə məcbur etsə, buna heç kəs inanmaz.
1925-ci ildəki məsələ çıxarılıb: indiki hadisələrin də göstərdiyi kimi, yalnız təxirə salınıb.
Stalin belə nəticəyə gəlib ki, Trotskinin xaricə sürgünü səhv addım olub. Stalinin o vaxt Siyasi Büroda protokollaşdırılmış bəyanatından da məlum olduğu kimi, ümid edirmiş ki, Trotski vəsaitsiz və “katiblik olmadan” dünya miqyasında təşkil olunmuş bürokratik böhranların köməksiz qurbanı olacaq. Aparat adamı yanılıb. Onun öncəgörməsinin əksinə olaraq, məlum oldu ki, ideyaların aparatsız və vasitələrsiz belə öz gücü var. Komintern nəzəri və siyasi cəhətdən tamamilə dağılmış nəhəng bir quruluşdur. İnqilabi marksizmin və deməli, həm də leninizmin gələcəyi bundan sonra sol müxalifətin beynəlxalq kadrları ilə qırılmaz surətdə bağlıdır. Heç bir saxtalaşdırma kömək etməyəcək. Müxalifətin əsas əsərləri dərc olunub, dərc olunur və bütün dillərdə dərc olunacaq. Bütün ölkələrdə hələ ki, az sayda, lakin sarsılmaz kadrlar vardır. Stalin əla başa düşür ki, beynəlxalq sol müxalifətin ideya yenilməzliyində və inadkar artımında şəxsən onun üçün, onun saxta “nüfuzu” üçün, onun bonapartist “əzəməti” üçün necə qorxunc bir təhlükə var.
Stalin hesab edir ki, səhvləri düzətmək lazımdır. Onun planı 3 şaxəyə ayrılır: birincisi, general Turkulun (Stalinin onun üçün yaratdığı maksimum rahat şəraitdə) Trotskiyə qarşı hazırladığı terrorçu sui-qəsd barədə BSİ-nin əldə etdiyi məlumatlar xaricdə yayılıb; ikincisi, partiya konfransı və Kominternin qətnamələri ilə başa çatacaq açıq “ideoloji” internasional kampaniya (bu qətnamə Stalinə bir növ Turkulla əməkdaşlığın siyasi mandatı kimi lazımdır); üçüncüsü, Stalin BSİ-nin əli ilə bütün şübhə doğuranları, etibarsızları, tərəddüd edənləri, həqiqətən, vəhşiyana azğınlıqla seçir və təmizləyir.
Əlbəttə ki, mənə tədbirin texnikası aydın deyil: Turkulmu öz əl işlərini Stalinin üstünə atacaq, Stalinmi Turkulun arxasında gizlənəcək - mən bunu bilmirəm. Amma bunu məşhur “Vrangel zabiti”nin şəksiz yardımı ilə vasitəçi rolunu oynayan yaqodalardan biri yaxşı bilir.
O barədə danışmağa dəyməz ki, Stalinin plan və niyyətləri qətiyyən heç bir yöndən sol müxalifətin və xüsusən də mənim siyasətimə hər hansı bir təsir göstərə bilməz. Partiyanı öz yolundan çıxaran, Çin inqilabının qəbirqazanı, Kominternin dağıdıcısı, alman inqilabının da qəbrini qazmağa hazırlaşan Stalinin siyasi taleyi həll olunub. Onun siyasi iflası tarixdə ən dəhşətli iflas olacaq. Söhbət Stalindən getmir, Kominternin, proletar diktaturasının, Oktyabr inqilabı miraslarının xilasından, Lenin partiyasının dirçəlişindən gedir. Stalinin SSRİ-də arxalandığı məmurların əksəriyyəti Kominternin bütün bölmələrində olduğu kimi ildırımın ilk gurultusunda qaçıb dağılışacaq. Sol müxalifət isə Marks və Leninin şüarlarına sona qədər sadiq qalacaq!
Bu sənəd bir neçə ölkədə məhdud, lakin kifayət qədər nüsxələrlə etibarlı əllərdə qorunacaqdır. Beləliklə, siz xəbərdar edilmisiniz!
4 yanvar 1932-ci il. Kadıköy"
Təqdim etdi: Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 897 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |