17.11.2017 [11:57] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin "17 noyabr-Milli Dirçəliş Günü" münasibətilə TƏBRİKİ
Azərbaycan xalqı 17 noyabr 1988-ci ildə azadlığına və müstəqilliyinə nail olmaq üçün dünyanın ən güclü dövlətlərindən biri hesab olunan Sovet İmperiyasına qarşı milli dirənişə başladı. İmperiyanın hər cür sərt tədbirlərinə baxmayaraq, xalq etirazlara başladı. Bu dirənişlə Azərbaycanın bir hissəsi azadlıq və müstəqilliyini qazandı. Lakin, hər bir millətin var oluşu ilə bərabər, tamlığı, yüksəlişi və inkişafı onun davamlı dirçəlişindən keçir. 29 il əvvəl Azərbaycan xalqının iki güclü imperiyanın əsarətində olduğu vaxt başlanmış olduğu milli dirçəlişi, müstəmləkədən hələ də azad edilməmiş böyük əksəriyyətinin də azadlığına aparan bir yolun başlanğıcıdır. Eyni zamanda, xalqımızın iqtisadi, siyasi, elmi, hərbi və s. bütün istiqamətlərdə milli dirçəlişə ehtiyacı var. Milli Dirçəliş Hərəkatı Partiyası olaraq dövlətimizin və bütün millətimizin milli dirçəliş yolunun yolçusu olmaqdan qürur duyuruq və xalqımızı “Milli Dirçəliş Günü” münasibətilə təbrik edirik!

Bu xəbər oxucular tərəfindən 632 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |