Şrift:
Azərbaycanın iş adamları Çində sənaye parklarının fəaliyyəti ilə tanış olacaq
06.06.2012 [13:34] - Bildiriş
Azərbaycanın iş adamlarından ibarət nümayəndə heyəti iyunun 10-16-da Çində səfərdə olacaq. Bu barədə çərşənbə günü Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.
Səfər zamanı Çin-Azərbaycan biznes forumu baş tutacaq. Çinin məhsul idxalçıları və avadanlıq istehsalçıları ilə ikitərəfli görüşlərin keçirilməsi gözlənilir. Həmçinin Azərbaycanın iş adamları Çində fəaliyyət göstərən sənaye parklarına baş çəkəcəklər.
Bu xəbər oxucular tərəfindən 1156 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed