Şrift:
Elçibəyin xatirəsinin əbədiləşdirilməsi təklif olundu
17.11.2017 [15:41] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
17.11.2017-ci il tarixində Milli Məclisin növbəti iclası keçirilmişdir. İclasda Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev çıxış etmişdir. Çıxışın tam mətnini və audio yazısını təqdim edirik:


"Hörmətli kolleqalar, Milli Dirçəliş Günü münasibəti ilə Sizi təbrik edirəm. Bu bizim şərəf tariximizdir. 30 il əvvəl Azərbaycan xalqı ilin ən mübariz xalqı adlandırılmışdır, yəni ortaya qoyulan nəticə Azərbaycan xalqının qoyduğu nəticədir. Ondan sonrakı dönəmlərdə çox ağır illər yaşadıq və heç kim inkar edə bilməzki müstəqilliyin qorunması, müstəqilliyin qazanılması qədər ,bəlkə də ondan daha çətin bir məsələdir. Bu müstəqilliyin qorunması, bu dövlətin qurulmasında rəhmətlik Heydər Əliyevin müstəsna rolu olub. Ondan başqa kimsə ölkəni o vəziyyətdən çıxara bilməzdi. Bundan sonrakı dönəmdə hörmətli prezidentimiz İlham Əliyevin dirçəliş ilə bağlı attığı addımlar çox balanslı, çox tarazlı, çox ehtiyyatlı və həm də çox fədakar siyasəti özünü göstərir. Yəni bu dirçəliş davamlı olaraq millətin bir töhvəsi kimi verilə-verilə gedir. Mən hesab edirəm, hər dönəmdə bu liderlərin xüsusi xidmətləri qeyd olunmalıdır, göstərilməlidir . Nə yaxşıki, artıq Azərbaycan cəmiyyətində dövlətə bağlı, milli demokratik düşüncə daşıyan bütün partiyalar arasında konsolidasiya vardır və vətənçilik mövqeyindən hamı bir-birinə hörmətlə yanaşır. Artıq kimin və hansı təşkilatın nə deməyi yox, hansı fikirin və hansı əməlin ortaya qoyulmasına qiymət verilir. Burda artıq müxalifətlə iqtidar partiyası arasında vətənçilik baxımından yaxşı əməkdaşlıq vardır. Yeri gəlmişkən mən həm də Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibəti ilə üzvləri təbrik edirəm.Düşünürəm ki, bu konsolidasiyasının davam etməsi üçün, bizim tariximizə normal qiymət verilməsi üçün 1988-ci ildə də Milli Azadlıq hərəkatında öndə olmuş insanlarımıza da layiq olduğu qiymət verilməlidir. Hesab edirəm ki, eks prezident rəhmətlik Əbülfəz Elçibəyin xatirəsinin əbədiləşdirilməsi üçün də müəyyən addımlar atıla bilər. O dönəmin yaxşı qeyd olunması üçün 30 illik münasibəti ilə gələn il tədbirlər seriyası hazırlana bilər. Kimin nə deməyindən asılı olmayaraq Azərbaycanın hörmətli prezidenti çox modern, kinsiz, çox məsələlərə bir ailə başçısı kimi baxa bilən şəxsiyyət olduğunu hər zaman sübut edibdir. Bəzən cümhuriyyət tarixinə müəyyən qədər əyri baxanlara dərs olaraqdan cümhuriyyət tarixi ilə bağlı olaraq anim günlərinin keçirilməsi ilə bağlı sərəncamların verilməsi, tədbirlərin görülməsi buna sübutdur . İnanıram ki, bu tədbirlər də görüləcəkdir və Milli Məclis tərəfindən də 30 illiklə bağlı olaraq müəyyən addımlar atılacaqdır. Bir daha qeyd edirəm ki, Milli Azadlıq Hərəkatında müstəsna xidməti olan Əbülfəz Elçibəyin abidəsinin qoyulması və xatirəsinin digər formalarda əbədiləşdirmək üçün müəyyən addımlar atılması üçündə müəyyən tədbirlər görülməsi vacibdir.
Çıxışımın sonunda mən də kolleqamız Əhliman müəllimi ürəkdən təbrik edirəm.
Hamınıza təşəkkür edirəm.
Sağ olun"

Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed