Şrift:
Azərbaycan Prezidenti Latviya və Omanın dövlət başçılarını təbrik edib
18.11.2017 [10:28] - Gündəm, Bildiriş
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Raymonds Veyonisə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Latviya arasındakı ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim sülh və rifah arzulayıram".

Prezident İlham Əliyev Omanın Sultanı Qabus bin Səidə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Bu xəbər oxucular tərəfindən 614 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed