20.11.2017 [11:17] - Türk dünyası-Turan, Mədəniyyət
Qazaxıstanın Karaganda Simfonik Orkestri Türkiyəyə gəlir. Orkestr Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikalarından və Sankt-Peterburq şəhərindən qatılacaq sənətçilərlə birlikdə konsert verəcək. TÜRKSOY-un baş katibi Düsen Kaseinovun 70 illik yubileyi münasibətilə gerçəkləşdiriləcək konsert İstanbul, Bolu, Bursa və Ankarada sənətsevərlərə unudulmaz gecə yaşadacaq.
“Dostlarım zənginliyimdir” adlı proqram çərçivəsində bu gün İstanbulda Maltəpə Universitetində, 21-də Bolu Mədəniyyət və Turizm İdarəsinin konfrans salonunda, 22-də Bursada Merinos Atatürk Konqres və Mədəniyyət Mərkəzində, 25-də isə Ankarada Cumhurbaşqanlığı Simfonik Orkestrinin konsert salonunda konsertlər təşkil ediləcək.

Bu xəbər oxucular tərəfindən 630 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |