Şrift:
Azərbaycanda növbəti zəlzələ baş verib
21.11.2017 [10:31] - Hadisə
Azərbaycanda növbəti zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata görə, noyabrın 20-də, yerli vaxtla saat 17:54:27-də Gəncədən 53 kilometr cənub-qərbdə, Samux rayonu ərazisində 3,5 bal gücündə zəlzələ baş verib.
Ocağı 11 kilometr dərinlikdə yerləşən yeraltı təkan hiss olunmayıb.
Bu xəbər oxucular tərəfindən 408 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed