Şrift:
Azərbaycanlı alim Ankarada orta dövr fars-türk tərcümələrində dil uyğunluqlarından danışıb
21.11.2017 [10:44] - Türk dünyası-Turan
Türkiyənin paytaxtı Ankarada keçirilən “Türk dilində danışan ölkələrin qurultayı”nda 40 ölkədən 320 alim iştirak edib.

Tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova, tədris şöbəsinin müdiri Qətibə Quliyeva, həmçinin respublikamızın ali məktəblərinin 20-dən artıq əməkdaşı təmsil edib.

AMEA-dan bildirilib ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə Yeni Türkiyə Strateji Araşdırma Mərkəzi tərəfindən təşkil olunan qurultayda akademik M.Nağısoylu “Orta dövr fars-türk tərcümələrində dil uyğunluqları” mövzusunda məruzə ilə çıxış edib.

Qurultayın panel iclaslarında türkdilli mədəniyyətin yenidən canlandırılması, türkçülük ideologiyasının gücləndirilməsi, Beynəlxalq Türk Akademiyasının ortaq türk dili dərslikləri sahəsində apardığı islahatlar, Bosniya və Herseqovinada türk dilinin qorunması və digər məsələlər müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 480 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed