Şrift:
Musiqili Teatrda üç günə 6 tamaşa
21.11.2017 [10:50] - Afişa
Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində həftənin son üç günü ərzində altı tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, noyabrın 24, 25, 26-da “Qafqazlı qardaşqızı”, “Yağış göbələyinin macərası”, “Düyməcik” , “O olmasın, bu olsun”, “Dəcəl çəpişlər” və “999-cu gecə” səhnə əsərləri teatrsevərlərə təqdim ediləcək.

Tamaşaçılar səhnə əsərlərində sevimli aktyorlar – Xalq Artisti İlham Namiq Kamal, Əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Boris Qrafkin, Əzizağa Əzizov, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Şövqi Hüseynov, aktyorlar Marina Litvinenko, Firuz Məmmədov, Nadejda Povelitsina, Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov və digərlərini görə biləcəklər. Rusdilli və balaca tamaşaçılarını unutmayan sənət ocağının yaradıcı kollektivi onları da nəzərə alaraq müvafiq tamaşalar təqdim edəcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed