Şrift:
Nizami Gəncəvinin Dərbənddəki abidəsinə ziyan vurulub
21.11.2017 [16:01] - Dərbənd
"Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Dağıstanın Dərbənd şəhərindəki abidəsinə ziyan vurulub. Şəhər meriyası abidənin təhlükəsizliyinin təmin olunması ilə bağlı müraciətlərimizə cavab vermir".

Onun sözlərinə görə, naməlum şəxslər şairin heykəlinin baş barmağını sınıdırb və abidə ətrafındakı parkı pis vəziyyətə salıblar.
"Ağaclar kökü ilə qarışıq torpaqdan çıxarılıb, qazon tapdanıb. Müvafiq tədbirlərin görülməsi və vandalların nəhayət, cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına və meriyaya müraciət etmişik" - T.Hacəliyev bildirib.
Onun sözlərinə görə, bu, artıq ilk belə hadisə deyil.
"2015-ci ilin yanvar ayında abidəni yandırmışdılar. Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovun göstərişi ilə abidə bərpa edildi, onun ətrafında isə abadlıq işləri həyata keçirildi. Amma park ərazisində müşahidə kameraları quraşdırılmadı və buna görə də də belə əməli törədənlər məsuliyyətdən qaçmağı bacarır. Ümid edirəm ki, bu dəfə problemə daha ciddi yanaşacaqlar və cinayətkarlar yaxalanacaq", - diaspor rəhbəri vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 10101 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed