Şrift:
İbrahim Rəşidinin son məhkəmə iclası keçirilib
07.06.2012 [13:34] - Güney Azərbaycan xəbərləri
Tanınmış azərbaycanlı fəal İbrahim Rəşidinin (Savalan) son məhkəmə iclası keçirilib.Bu gün iyunun 6 Meşkinşəhr (Xiyav) şəhərində keçirilən məhkəmə iclası sayca 5-ci iclasdır.

Qeyd edək ki, Rəşidi, Meşkinşəhrdə yaxalanan fəalların 4 məhkəmə iclasının 2-də iştirak etməyib. Buna səbəb, onun Təbrizdə yaxalanması olub. İki Məhkəmə iclası onun qiyabında, Meşkinşəhrdə yaxalanan Mənsur Seyfi, İlqar Müəzzinzadə, Aydın Zakir, Fərdin Nobəxt və Cəfər Ağaməhəmmədinin hüzurunda keçirilib.

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal sistemin əleyhinə təbliğdə günahlandırılır.
Bu xəbər oxucular tərəfindən 1077 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed