07.06.2012 [13:35] - Gündəm
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı polisə aparılıb. Bu gün saat 10.00 radələrində Binəqədi Rayonu Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları QAT-ın 6-cı mikrorayonda yerləşən qərargahına gələrək, A. Nağını Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparıblar.
QAT sədrinin müavini İlqar Əliyev bildirir ki, A. Nağının polisə aparılmasına səbəb QAT-ın bu gün saat 12.00-da BMT-nin Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz aksiya keçirilməsi barədə qərar verməsidir.
İki saat BŞBPİ-də saxlanılan Akif Nağı sərbəst buraxılıb. A. Nağı açıqlamasında ona bu gün BMT nümayəndəliyinin qarşısında keçirilən aksiya ilə əlaqədar xəbərdarlıq olunduğunu deyib.
Qeyd edək ki, etiraz aksiyasında Minsk Qrupunun buraxılması, Ermənistanın işğalçı dövlət kimi tanınması və ona qarşı sanksiyaların tətbiq olunması, cəbhə xəttində Azərbaycan əsgərlərini qətlə yetirməkdə davam edən işğalçı Ermənistan rejiminə qarşı dərhal təsirli tədbirlərin görülməsi kimi tələblər irəli sürülüb.

Bu xəbər oxucular tərəfindən 1059 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |