Şrift:
Nazir: "Narkomanlar tam sağaldığı halda, cinayət məsuliyyətindən azad ola biləcəklər"
22.11.2017 [10:17] - Hüquq
"Azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədilə Cinayət Məcəlləsinə azadlığın məhdudlaşdırılması yeni cəza növü daxil edilib. Həmçinin Məcəlləyə elektron nəzarət vasitələrinin tətbiqi, cəzanı yüngülləşdirən halların dairəsinin genişləndirilməsi, cəzanın təyin edilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı mühüm dəyişikliklər olunub".
Bunu ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.
Onun sözlərinə görə, bundan başqa, zərərçəkmiş şəxslə barışma institutu təkmilləşdirilib, ziyanın ödənilməsi və dövlət büdcəsinə ödəniş edilməsi, müvafiq hüquqpozmanın aradan qaldırılması şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən edilib.
F.Məmmədov bildirib ki, yeni dəyişikliklərə əsasən, əməlində başqa cinayət tərkibi olmayan narkomaniya xəstəliyinə düçar olmuş şəxslər stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla tam sağaldığı halda, cinayət məsuliyyətindən azad ola biləcəklər.
Bu xəbər oxucular tərəfindən 566 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed