22.11.2017 [10:28] - Gündəm, DAVAMın yazıları
1918-ci ildə Azərbaycan Cümhuriyyətinin qurulması zamanı ölkəmizin bir çox bölgələrindən Azərbaycan hökumətinə təbrik teleqramları göndərilir. Burada insanlar cümhuriyyətin qurulmasını təbrik etməklə yanaşı, ölkənin inkişafı naminə öz arzu və istəklərini qeyd edirlər. Bu təbriklər arasında Ağdam bölgəsindən gələn təbrik teleqramı diqqətimizi çəkdi. Ağdamlıların göndərdiyi təbrik teleqramı 1918-ci il yanvarın 8-də parlamentin yeddinci iclasında məclisdə oxunur. Enter.News ağdamlıların göndərdiyi həmin məktubu təqdim edir:
“Azərbaycan Məclisi-Məbusanı sədri həzrətlərinə:
Əziz vətənimiz Azərbaycanın təşkilinin böylə və mühüm, müşkül bir dövründə biz Ağdam mahalının nümayəndələri; müstəqil Azərbaycanımızın mənafei və onun parlamentini müdafiə və mühafizə səmimi qəlb ilə hazır olduğumuzu öz parlamentimizə izhar etməklə bərabər əmin oluruz ki, ən yaxın bir zamanda Məclisi-Müəssisan dəvəti ilə müstəqil yaşamağımız üçün demokratik əsaslar həmişəlik bərpa olacaq, hər şeydən ziyadə daxildə asayiş və əmniyyət üçün və xaricdən olan təərrüzlərin olan dəfi üçün əsgəri bir qüvvə lazım olduğundan həmin qüvvənin əcələ ilə təşkil tapmasını arzu ediriz.
İldırım xan, Hidayət, Həmid, Muxtar, Zeynal və başqaları”.
Təqdim etdi: Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |