22.11.2017 [10:29] - Xəbərlər, DAVAMın yazıları
Hüseyn Cavidə sevgimiz əsasən yaradıcılığı ilə bağlı olsa da, ancaq onun bir çox xüsusiyyətləri var ki, ona olan hörmətin üstünə hörmət gətirir. Bu da onun dəmir və dönməz xarakteridir. Bunu Hüseyn Cavid haqqında dövrdaşlarının qələmə aldığı yazılardan və qızının söhbət və müsahibələrindən görmək olur. Üzləşdiyi çətinliklər onu içəridən yıxsa da, ancaq düşmən önündə bir arpa boyu da olsun qəddini əymədi. Sözün düzü, bu barədə yazmaq istəsəm də, nə danım, cürətim çatmadı. Çünki Hüseyn Cavid kimi bir dahinin haqqında yazmaq və fikir bildirmək həddimizə deyil. O səbəbdən də qızı Turan Cavidin ailəsi və xüsusən də atası haqqında filologiya üzrə fəlsəfə doktoru Azər Turanla geniş söhbətini oxumaq daha münasibdir. Odur ki, Turan xanımın Azər Turanla geniş söhbətin üçüncü hissəsini təqdim edirik.
Müsahibənin əvvəlini bu linkdən oxuyun.
- Hansı məktəbdə oxuyurdunuz?
- İndiki muzeyin həyətində 48 nömrəli 7 illik məktəb vardı, mən orda təhsil alırdım. 7-ci sinfə qədər burda oxudum. Sonra isə qızılı kilsənin yerindəki məktəbə getdim.
- Qızılı kilsə?
- Hə. Belə bir kilsə olub. İndi onun yerində 189, 190 saylı orta məktəblər və Bülbül adına musiqi məktəbi yerləşir. Ərtoğrul isə 1 №-li məktəbdə oxuyub.
- Mişkinaz xanım Cavid əfəndiylə 1925-ci ildə çəkilmiş şəklində uzun saçlıdı.
- Sonra xəstələnib və 1926-cı ildə saçlarını kəsdirib. Ana kəsilmiş saçlarını uzun illər saxladı. Saçlarından balaca bir balış düzəltmişdi. Bir dəfə, “mən öləndə saçlarımı başımın altına qoyarsan”, - dedi və bu sözdən sonra mən onları atdım. Xurmayı, qəşəng saçları vardı, arxa hissədən bir tərəfi qızılı, o biri tərəfi tünd idi.
- İstintaq zamanı Cavid əfəndini incidiblərmi?
- Orda, ümumiyyətlə, dəhşətli işgəncə metodları vardı. Bağırovun məhkəməsində hər şey açıqlandı: həbs edilənlərin dırnaqlarını çıxarırmışlar, dırnağın altına iynə batırırmışlar, məhbusları böyük kisənin, torbanın içinə salıb rezinlə döyürmüşlər... Müxtəlif işgəncələr... Amma bizim içəridən aldığımız paltarlarda heç bir işgəncə izi görünmürdü. Amma başqalarının köynəkləri qanlı olurdu. Hətta dəyişəcək üçün içəridən alınan köynəklərin üstündə məhbusun dərisinin bir parçası yapışmış halda olurdu. Yeganə təsəllimiz o oldu ki, həbs olunduğu gündən ta ki, sürgünə getdiyi günə qədər bizdən dəyişəcək paltarları götürdülər. Hər dəfə paltarların üstünə nə verdiyimizi yazıb qoyurduq. O da alırdı və növbəti dəfə nə aparmalı olduğumuzu yazırdı.
- Nə yazırdı, nə istəyirdi?
- Ən əsas yemək istəyirdi. Özü də ki, müəyyən yeməkləri, ümumiyyətlə, içəri buraxmırdılar, yarpaq dolmasını, kələm dolmasını isə, xüsusən.
- Niyə?
- Bir-bir açıb içərisinə baxmayacaqdılar ki... Adətən küftə, qovurma göndərirdik.
- Kağız, qələm istəyirdi?
- Yox, istəmirdi və heç kəs də belə bir şeyi bizdən qəbul etməzdi.
- Cavid əfəndiylə son görüşünüz harda oldu?
- 1939-cu ilin 2 iyulunda Keşlə həbsxanasında.
- Bu vaxta qədər görüşməmişdiniz?
- Yox, həbsindən iki il bir ay sonra görüşdük. Dəyişilmişdi. Rəngi solğun, kədərli, bir qədər arıqlamış. Çox həsrətlə baxırdı bizə. Elə bil ki, bir daha görüşməyəcəyimizi bilir və buna görə də doyunca baxmaq istəyirdi. Məni möhkəm-möhkəm qucaqlayıb özünə sıxmışdı. Çox əsəbiydi. Qəribədir, son görüşümüzdə dustaqlardan təkcə Cavid nəzarət altındaydı, ailələriylə görüşən başqa dustaqlara sərbəstlik vermişdilər. Bizi isə izləyirdilər. Skamyamızın yanında qaratikan kolu kimi bir gözçü dayanmışdı.
- Cavid nə danışırdı?
- Heç nə. Sadəcə olaraq, qırıq-qırıq kəlmələr. Daha çox baxırdı. Elə bil ki, gözləri danışırdı. İki il idi ki, görüşmürdük, mən böyümüşdüm. Mənə çox baxırdı. Özümü saxlaya bilməyib ağladım. Qucaqladı, təsəlli verdi. Əlbəttə ki, sonrakı iradəm yoxdu ki, özümü saxlaya biləydim. Son görüşümüzü, baxışlarını heç cür unuda bilmirəm.
- Və bu sizin son görüşünüz oldu...
- Ana ertəsi gün bir də görüşdü. Ayın ikisində apardığımız şeyləri əsəbiliknən saf-çürük etmişdi, nə lazım deyildisə bir kənara qoymuşdu. Evə gələndən sonra gördük ki, ona lazım olanları da geri qaytardığı şeylərin üstünə qoyub. Səhər ana bir daha getdi və görüş ala bildi. Artıq əsəbi deyilmiş, sakitmiş. Bax, o zaman demişdi ki, “Cavad əfəndi kişi adamdı”. Bu, sadəcə olaraq, məhz o günlərdə formalaşmış münasibət kimi, daha maraqlıdı. Bundan sonra isə bir neçə nəfərin, özünü doğrultmayan “dostların” adını demək istəyib. Elə bu vaxt görüşün qurtardığını bildiriblər. Yəqin Allah istəməyib ki, biz babanın üzünə duranları tanıyaq. Amma bir nəfərin adıını çəkə bilib: “Filankəs yarımkişidi”, - deyib. Ertəsi gün, yəni ayın 4-də baba sürgün edildi.
- Cavidi aparan qatar saat neçədə hərəkət edib?
- Yox, qatar deyil, gəmiylə Krasnovodskiyə aparıblar. Oradan qatarla gedib. İyulun 4-də Bakıdan çıxıb, avqustun 22-də Vladivostoka çatıb. Sonra gəmiyə mindirib Maqadana aparıblar. İndi təsəvvür elə, bütün iyul, avqust aylarını, iki aya yaxın, yük qatarında yol gedib. Yollarda nə qədər dözməyib ölənlər olurmuş. Ölənləri yollarda atırmışlar...
- Cavid əfəndini həbs etmək üçün gələnlər kimlərdi...
- Rus və erməniydilər. Sonra həmin adamları təsadüfən küçədə gördük. Ərtoğrol onları mənə göstərdi.
- Deyəsən, Hacıbaba Quliyevin xatirəsində oxumuşam ki, guya Cavid əfəndi dustaqlıqda “Yüz bir gecə”, “Qırxdan bir əskik”, “Sirli torpaq”, “Əyləncəli metal”, “Səmada 65 döngə”, “Maraq və siyasət”, “Yollar və dağlar”, “Dəryada əyri yol”, “Ayaqlar və səslər”, “Günəşin sirri” adlı əsərlər üzərində işləyirmiş.
- Mürsəl Şahsuvarov vardı, həkimdi, həbs olunmuşdu. Cavid Almaniyaya ezamiyyətə gedəndə o, orda Tibb İnstitutunun tələbəsiymiş.
- Almaniyada?
- Hə. Mürsəl Şahsuvarov bəraətdən sonra Bakıya dönəndə görüşdük. Qardaşı Tibb İnstitutunda rus dili müəllimiydi, çox əsəbi bir adamdı. Mürsəl isə əksinə, xeyli sakit təbiətli bir insandı. Mürsəl Şahsuvarov bizə Almaniyada bərabər təhsil aldığı bir tələbəlik dostuyla gəlmişdi. Öz aralarında alman dilində danışırdılar. Şahsuvarov deyirdi ki, biz sürgünə Cavid əfəndiylə bir yerdə getmişdik. Sürgün qatarında başıma gələn bir əhvalatı Cavid əfəndiyə danışdım. Əhvalat beləymiş: Şahsuvarova ölüm hökmü kəsirlər. Ölüm hökmü kəsilmiş dustaqlar xüsusi kamerada saxlanılırmış. Şahsuvarov üçün də belə bir hökm kəsilməsinə baxmayaraq, Moskva bu hökmü təsdiq etmədiyindən o, 101 gün təkadamlıq kamerada qalır. 101 günün tamamında ölüm hökmünü sürgünlə əvəz edirlər. Şahsuvarov bütün bu əhvalatı yol boyu Cavidə danışır. Mürsəlin söhbətlərinə çox böyük diqqətlə qulaq asan Cavid ““Min bir gecə” var, mən isə imkan olsaydı, “Yüz bir gecə yazardım”, - deyir. Cavid Şahsuvarovun söhbətlərindən əslində bir yazıçı kimi təsirlənmişdi, ölüm hökmü kəsilmiş bir insanın keçirdiyi iztirablar, həyəcanlar, qorxu onu bir sənətkar olaraq düşündürmüşdü. Maqadanda Şahsuvarov həkim kimi fəaliyyət göstərib. Deyirdi ki, bir yerdə olduğumuz vaxtlarda mən Cavidi həkim kimi nəzarətdə saxlayırdım. Sonra yerlərini dəyişiblər. Cavidi Maqadandan İrkutska gətiriblər. Şahsuvarov bəraətdən sonra Maqadanda evlənmişdi, axıra qədər də orda qaldı.
Qırxdan bir əskik isə NKVD-də onun saxlandığı kameranın nömrəsidi. Yəni 39-cu kamera. Amma Şahsuvarov deyirdi ki, Cavidlə bağlı çox şeylər danışa bilərlər. Siz bütün bu danışılanlara inanmayın. Bir sözlə, çox müxtəlif söhbətlər danışırdılar. Guya Cavid yazırmış, yazmaya bilmirmiş, sonra da yazdığını cırıb məhv edirmiş, saxlamaq istəmirmiş. Yaxud, guya orda əyninə geydiyi bir sırıqlısı varmış, yazdıqlarını yumurlayıb sırıqlının içərisində gizlədirmiş. Guya orda kiməsə vəsiyyət edib ki, ölsəm, sırıqlını evimizə göndərərsiz. Bütün bunlar əlbəttə inanıqlı deyil. Sonralar mən təsadüfən bəraət alıb sürgündən qayıtmış Qasım Vahabzadəylə tanış oldum. O söhbət edirdi ki, sürgündə yazı yazmaq üçün balaca bir kağızın tapılması qeyri-mümkün idi. Bir də, kim kimə yazmaq imkanı verərdi orda, qeyri-mümkündü belə şeylər.
- 1980-ci illərdə Cavidə məxsus olduğu iddia edilən “Xaliqə” adlı bir şeir dərc olundu. Bu şeirin atanızın qələminə məxsus olduğuna inanırsınız?
- Yox. Qətiyyən. Cavid belə bir şeiri yazmazdı.
- “Onlar türk idi” kitabında Cavidin son günləri təsvir olunub...
- Yox, ordakı tarixlər uyğun gəlmir. Ümumiyyətlə, mən Cavidin sürgün həyatı ilə bağlı danışılanların böyük əksəriyyətinə inanmıram. Deyirdilər, guya Cavidin yubileyini keçirmək üçün hamı öz yemək normasını yığıb saxlayıb ki, bunu bütün məhbuslar bir yerdə qeyd eləsin. Amma tarix uyğun gəlmir. Cavid öləndə 59 yaşı vardı. 55 yaşında hələ Bakıdaydı. Yubileyini deyil, ola bilsin, ad gününü keçirirmişlər... Cavidin 50 illiyi qeyd olunmayıb. Ümumiyyətlə, o illərdə kiminsə yubileyinin keçirildiyini xatırlamıram.
- Cavidin ilk məktubu nə vaxt gəldi?
- İyulun 26-da yazdığı məktubdu. Yoldan yazmışdı. Çox kiçik bir məktub idi. Kiçik bloknot vərəqi boyda bir məktub.
- Sonra Cavidin ailəsini köçürdülər Sovet küçəsindəki evə.
- 1937-ci ilin 28 sentyabrında köçürüldük. O zaman Bakıda çoxlu İran vətəndaşı vardı. İranlıları isə əsgər aparmırdılar. Buna görə də çoxları İran pasportu almışdı. 1936-cu ildə bütün iranlıları, həmçinin İran pasportu daşıyanların hamısını qəfil köçürdülər. Hadisələr qarışıq cərəyan edirdi. Saxta pasportlu adamları ailəsindən, uşaqlarından zorla ayırırdılar və bizim köçdüyümüz ev də həmin ailələrdən birinə məxsus idi... Bura başqa bir planetdi. Tamam ayrı bir həyat tərzi, heç vaxt eşitmədiyimiz söyüşlər... Mədəni bir aləmdən az qala vəhşi bir mühitə düşdük. Təsəvvür et, taxta arakəsməylə bölünmüş üç otaq. Qonşu quşbaz... Otağın birini göyərçin yuvası etmişdi. Digər otaqda isə Yılmazgil məskunlaşmışdı. Mən quş yuxusunun nə demək olduğunu onda bildim. Uzun müddət göyərçinlər bizi yatmağa qoymadı. Otağımızın pəncərəsi qonşu həyətə açılırdı. Bir gün onu da qapadılar. İyirmi il belə bir şəraitdə yaşadıq. İyirmi il...
- Köçürülməyiniz barədə bir az ətraflı danışın, bu çox maraqlıdı.
- Cavidin həbsindən sonra böyük şeydi ki, biz 4 ay Mərkəzi İcraiyyə Komitəsinin binasında yaşamışıq. Əlbəttə, artıq bizə heç kəs gəlmirdi, gəlməyə heç təşəbbüs də etmirdilər. Nizami heykəlinin arxa tərəfində dairəvi bir sahə var. Orda skamya qoymuşdular. Bu skamya 4 ay bizim görüş yerimiz oldu. Axşam yeməyindən sonra gəlirdik ora. Kimin ki, cəsarəti çatır gəlirdi yanımıza. Ora əsasən Əbuzər dayım və Yılmazın dayısı Həsənqulu gəlirdi. Tahir o zaman Lənkəranda yaşayırdı, Bakıya yolu düşəndə o da mütləq bizə baş çəkirdi. Tahir subtroptexnikumun direktoruydu...
- Qayıdaq sentyabrın 28-nə.
- Sentyabrın 28-də Tahir şəhərə gəlir, bizi görüş yerlərmizdə görmür, biz isə artıq həmin gün köçmüşdük, daha doğrusu, ana getmişdi. Ərtoğrulla mən isə bir yük maşınına şeylərimizi yığıb getməyə hazırlaşırdıq ki, Tahiri evin qabağında gördük. O da maşına mindi, yük maşınının gövdəsində üçümüz Sovetskiyə gəldik. Tahir çox zarafatcıldı. Başladı anaya sataşmağa ki: - Əmicanı, lojada oturub fors edirdin, hamı da sənə baxıb həsəd aparırdı. Elə günün belə günü də olur... Qəribədir, o daxma evdə hər gün gördüyüm yuxularda belə bir şey olurdu. Görürdüm ki, bizə Qız Qalasının yanında ev veriblər.
- Bəlkə bu Sizin taleyinizdi?
- ...
- Cavidin ailəsinə etibarlı olanlardan danışın...
- Ana qohumlarımdan dayım Əbuzər, ata qohumlarımızdan isə Tahir. Sonra Məhəmməd bəy Orxanbəylini xatırlayıram. Çox məşhur həkim idi. Türkiyədə təhsil almışdı. Yerli bakılılardandı. Özü də Türkiyədə türk qızı Fərihə xanımla evlənmişdi. Oğlu musiqişünas Orxan Orxanbəyli, qızı Turxan xanımdı. Sonra Orxanbəylini də güllələdilər, qadınını, qızını sürgünə göndərdüər. Orxanbəyli babanın həbsindən sonra da bizə baş çəkirdi. Orxanbəyli Türkiyədə təhsil alanlar içərisində yeganə adamdı ki, təmiz osmanlı ləhcəsində danışırdı. O dövrdə son dərəcə fərqlənən Avropa dəbiylə geyinirdi. Cavid əfəndinin yaxın dostuydu. 1938-ci ildə Ərtoğrul xəstələnmişdi. Orxanbəylini çağırdıq. Gəldi. Başqaları isə heç salam vermək istəmirdi.
- Orxanbəylini neçənci ildə güllələdilər?
-Güllələnmələrin əksəriyyəti 1938-ə təsadüf edir. Bəzən elə olub ki, 90 nəfəri bir gecədə güllələyiblər...
- Səksəninci illərin ortalarında Haşım Kələntərlidən qəribə bir söhbət eşitdim. Danışırdı ki, müharibə illərində radio ilə efirə verilən konsertlər canlı olurdu. Belə konsertlərin birində “Yad eylədikcə vəslini, ey mahi-tələtim” qəzəlini oxudum. Axşam məni Bağırovun qəbuluna gətirdilər. Bağırov oxuduğum sözlərin kimə məxsus olduğunu soruşdu. Bağırovun bu sualından sonra yadıma düşdü ki, qəzəl Cavidindi, anladım ki, bəraət yerim yoxdu. Amma Bağırov qəzəblənmədi, sözlər ona əsər eləmişdi, Cavidin şeiri Bağırovu ağlatmışdı.
- Maraqlıdı, çox maraqlıdı. Mən bunu eşitməmişəm. Amma Haşım Kələntərli “Kor ərəbin mahnısı”nı o vaxt oxumuşdu, Cavidin göstərdiyi kimi, “Hicaz” üstündə. Bülbül də, Seyid Şuşinski də oxuyub “Kor ərəbin mahnısı”nı. “Yad eylədikcə vəslini, ey mahi-tələtim”i isə Cahan Talışınskayanın ifasında eşitmişəm.
- Bəraətə qədər Mişkinaz xanım evi necə dolandırdı?
- Ana tikiş artelində işləyirdi. Arteldən tikiləcək parçaları gətirib evdəki tikiş maşınında tikirdi, təhvil verirdi. Həmin tikiş maşını indi muzeydədi. Ərtoğrol APİ-ni qurtardı, Musiqi Kabinəsində işlədi, musiqi məktəbində dərs dedi. Ərtoğrul rus və Avropa bəstəkarlarının əsərlərinin mətnini tərcümə edirdi. Qəribədir ki, həmin musiqilər çap olunanda Ərtoğrolun adını heç yerə qeyd etmirdilər. Tərcümələrin əlyazmaları indi Ərtoğrulun arxivindədi.
- Ərtoğruldan danışın.
Davamı var...

Bu xəbər oxucular tərəfindən 870 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |