22.11.2017 [11:48] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Noyabrın 21-də Milli Məclisin növbəti iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə paketinə daxil olan digər qanun layihələri müzakirəyə çıxarıldı.
Fərəc Quliyevin “Azərbaycan Respublikası 2018-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanun layihəsi ilə bağlı Milli Məclisdə çıxışı.
"Hörmətli Sədr,hörmətli baş nazir,hökumət üzvləri və kolleqalar!
Əvvəla onu qeyd edim ki,cənab Prezidentin hazırlatdığı strateji yol xəritəsi unikal bir sənəddir və o prioritetlər 30% həyata keçirilərsə ölkədə heç bir problem qalmaz. Və prezident bu planın həyata keçməsi üçün hansı icra strukturu və ya nazirlik vəsait və kömək istəyibsə, dərhal və artıqlaması ilə təmin edib. Xeyli dəyişikliklər var-bu etiraf olunmalıdır. Qeyri neft sektorunda, kənd təssərrüfatında olan inkişaf bizi sevindirir. Amma hamı kolleqamız Cavid Qurbanov kimi işinə və prezidentə sadiq və çalışqan davranırmı ? Cavid müəllim qısa müddətdə dağılmış bir sahəni artıq ölkəyə ən çox gəlir gətirəcək sahələrdən birinə çevirməyi bacardı. Amma əksəriyyət asan yollar axtarır.
Enerji daşıyıcılarının , benzinin qiymət artımını götürək.
İqtisadi siyasətdə əsas prioritetlərdən olan istehlakçı inamının artması prinsipi qiymət artımları ilə ciddi zədə alır.
Büdcə gəlirlərini artırmaq üçün, hökumət artıq təbii inhisarların qiymətlərini artırmaqdan əl çəkməli, başqa alternativlər düşünməlidir. Tarif Şurası bu il işıq, su, kanalizasiya və binaların isidilməsi tariflərini qaldırıb. Son günlər də benzinin qiymətində dəyişiklik olunub.
Büdcəni doldurmaq üçün müxtəlif imkanlar var.
Əvvəla onu deyim ki, büdcə kisəsinin yırtıqları yamanmasa büdcəni doldurmaq mümkün olmayacaq.
Məsələn, Banklardan talanmış vəsaitin qaytarılması.Təkcə Beynəlxalq bankdan 3 milyard vəsait oğurlanıb və ya Avanturist layihələrə kredit verilib .
Bu vəsaitin geri qaytarılması təmin olunmalıdır.
Vergi və gömrükdən necə büdcəyə daxilolmalar nəzərdə tutulursa bu vəsait də daxilolmalar kimi nəzərə alınmalıdır.
Axı bu vəsait qida məhsulu kimi həzmi-rabedən keçirilməyib. Bu vəsait ya xaricdə hesablarda yatır, ya daşınmaz əmlak şəklində mövcuddur və ya valyuta və ya qiymətli metal halında talançılardadır.
Korrupsiyaya qurşanmış məmur ifşa olunduqda VƏ YA HƏBS OLUNDUQDAN SONRA ortaya milyardlar mənimsəmiş bir tip çıxır.
Mənə maraqlıdır Qlobal böhran vaxtı bu adamlar bilirdilər ki, ölkə çətinliklər içərisindədir, niyə onlar prezidentə müraciət edərək bu vəsaitləri büdcəyə qomaq kimi təklifdə bulunmadılar-ən azından yazılmamış qanunlar var. Komanda yoldaşı, dost davranışı tərbiyəsi var.
Ona görə belə hallar araşdırılmalı,bu vəsaitlər müsadirə olunaraq milliləşdirilməli və büdcəyə daxil edilməlidir.
Bu vəsait qaytarılarsa təsəvvür edin ki, prezident həmin vəsait hesabına 5000 dollara qədər kreditlərin bağışlanması ilə bağlı bir sərəncamla əhalinin əksəriyyətini üzücü borcdan qurtarmış olar. Axı kiçik miqdarda götürülən kreditlərin əksəriyyəti ya müalicə, ya minimum yaşayışa dəstək və s. bu kimi problemlər ucbatından götürülüb.
Ümumiyyətlə, oğurlanmış vəsaitlərin qaytarılmasında Gürcüstan təcrübəsindən istifadə olunmalıdır. Talanmış vəsaitlərin ya könüllü qaytarılması təklif olunmalı, qaytarmasalar, inzibati yollarla bu reallaşdırılmalıdır.
Başqa bir məsələ İşğal olunmuş ərazilərdə aparılan talamanın qarşısının alınması ilə bağlıdır. Büdcədəki itkilərimiz təkcə yuxarıda qeyd etdiklərimizlə bağlı deyil. Biz ərazimizin 20%-nin imkanlarından istifadə edə bilmirik. İşğal olunmuş bu ərazilərdən istifadə edə bilməməklə yanaşı bu potensialdan Ermənistan yararlanır. Hər il milyardlarla dollar civarında yeraltı və yerüstü sərvətlərimiz talanır.
Hökumət bunun qarşısını almaq üçün tədbirlər görməlidir. İşğal altında olan ərazilərdə Ermənistanla birgə çalışan şirkətlərin mənsub olduqları dövlətlərlə münasibətlərə yenidən baxılmalı, bu şirkətlərin dərhal ölkə ərazisində qanunsuz fəaliyyəti dayandırılmalıdır.
Üstəlik də müharibə təcrübələri var. Torpaqlar İşğal altında qalanda, düşmən bu potensialdan öz xeyirinə yararlanmasın deyə, buradakı strateji olan hər şey sıradan çıxarılır-məs.körpülər,zavod və fabriklər,mədənlər,yollar və.s.Ona görə biz də oxşar tədbirlər görməliyik. Ən sadə variant olaraq , işğal altında olan Qarabağ və ətraf ərazilərimizdə yerləşən körpülər, zavod və fabriklər, mədənlər,yollar və.s” “Yer-Yer “tipli raketlərlə vurularaq sıradan çıxarıla bilər.
Ümumiyyətlə ərazilərimiz işğaldan azad olunana qədər büdcədən barıt qoxusu gəlməli və düşmən bunu həmişə hiss etməlidir.
Mən hər il büdcə müzakirələrində daim iqtisadiyyatın mümkün qədər liberallaşdırılması, dövlətin iqtisadiyyatda rolunun azaldılması, maliyyə sektorunda islahatların aparılması, kommunal sektorun özəlləşdirilməsini, büdcə yükünün azaldılmasını qabardıram. O təkliflər aktuallığını saxlayır, təkrarçılıq edib vaxtınızı almaq istəmirəm. Hesab edirəm ki,hökumət ,bu təkliflərə də ciddi baxacaqdır .
Diqqətinizə görə təşəkkür edirəm."

Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |