Şrift:
Ulviyyə Həsənqızına dəstək məqsədilə xeyriyyə tamaşası
22.11.2017 [13:07] - Gündəm, Afişa
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı jurnalist Ulviyyə Həsənqızına dəstək məqsədilə xeyriyyə tamaşası təşkil edir. Bütün KİV təmsilçilərini və onların dəvət edə biləcəyi hər kəsi uşaqları ilə birlikdə tamaşaya gəlməyə çağırırıq. Məqsəd tamaşa biletlərindən əldə olunan vəsaiti jurnalist həmkarımızın müalicəsi üçün açılan hesaba köçürməkdir.
Aksiyanı dəstəkləyə biləcək insanları dəvət edin, zəhmət olmasa.
Şənbə günü (25 noyabr 2017-ci il) saat 12.00-də Bakı Uşaq Teatrında bu məqsədlə "Göyçək Fatma" tamaşası nümayiş olunacaq.
“Göyçək Fatma” xalq nağılı əsasında hazırlanmış eyniadlı tamaşada tamaşaçılara ədalət, mərhəmət, insansevərlik duyğuları aşılanır. Xeyirxah, yumşaqqəlbli Fatma üzləşdiyi bütün çətinlikləri təmkinlə aradan qaldıraraq öz istəyinə nail olur.
Tamaşada istifadə olunmuş milli geyimlər, milli musiqi və rəqslər onu daha da baxımlı edir.
Quruluşçu rejissor İntiqam Soltanın yeni səhnə həlli ilə təqdim etdiyi tamaşa bütün yaş qrupundan olan uşaqlar üçün nəzərdə tutulub.
Odur ki, buyurun, gəlin! Dostlarınızı, həmkarlrarınızı, qohumlarınızı, qonşularınızı da dəvət edin! Gələ bilməyənlərin uşaqlarını gətirin!
Həm balacalar tamaşaya baxsın, həm də jurnalist həmkarımıza dəstək olaq.
Məlum olduğu kimi, Ülviyyə Həsənqızı onkoloji xəstəliklə mübarizə aparır. Maddi və mənəvi dəstəyə ehtiyacı var.

Bu xəbər oxucular tərəfindən 1012 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed