Şrift:
Xınalıqda 22 sm hündürlükdə qar yağıb
23.11.2017 [10:06] - Gündəm, Hadisə
Noyabrın 22-si gündüzdən 23-ü səhərədək Azərbaycan ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək hava şəraiti qeyri-sabit olub, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında və bəzi rayonlarda arabir güclənib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Zabrat, Binə, Montində 1, Lənkəran-Astara zonasında 1-42, Böyük Qafqazda 2-25, Kiçik Qafqazda 6-9, Mərkəzi-Aran rayonlarında 1-9, Naxçıvan MR-da 1-4, Qazax-Gəncə zonasında 1-3 mm olub.
Qar örtüyünün hündürlüyü Sarıbaş, Xınalıqda 22, Şahdağda 21, Qusarda 6, Gədəbəydə 5, Başdaşağıl və Altıağacda 4, Daşkəsən və Kişçayda (Şəki) 2, Qubada 1 sm təşkil edib
Bu xəbər oxucular tərəfindən 531 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed