24.11.2017 [10:10] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Demək istəyir ki, bu problemi Rusiya yaradıb, onu özü də həll etməlidir”
Fərəc Quliyev: “Çünki erməniləri Dağlıq Qarabağa onlar bağlayıb”
Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər, ona görə də Soçidə Vladimir Putinlə görüş zamanı bu məsələ yenidən qaldırılacaq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O daha əvvəl də V.Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini deyib: “O mənə deyib ki, Rusiya bu problemin həlli üçün mümkün olan hər şeyi edir. Mən bir daha Rusiya Prezidentini 5 rayonun qaytarılması məsələsinə daha diqqətli münasibət göstərməyə çağırdım, çünki bu problemi yalnız Rusiya həll edə bilər. Mən bir daha Rusiya Prezidenti ilə görüşdə bu mövzunu qaldıracağam. Belə ki, Dağlıq Qarabağ münaqişəsi bizim üçün milli məsələdir”.
Ərdoğanın problemin həlli açarının yalnız Rusiyada olması ilə bağlı söylədiklərini necə dəyərləndirmək olar?
Millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində, hər bir millətin azadlığı, müqəddəratı öz əlindədir: “Bəlkə də bu ifadə bir qədər pafoslu səslənər, ancaq bu belədir. Biz ermənilərin arxasında Rusiyanın dayandığını bilirik. Ancaq bu o demək deyil ki, biz Rusiyadan qorxub onlarla vuruşmamalıyıq. Rusiya böyük dövlətdir deyə ondan qorxmaq lazım deyil. Tarixdə belə nümunələr az olmayıb ki, kiçik və kasıb ölkələr supergüclərlə vuruşaraq, onları öz torpaqlarından qovublar. Vyetnam-ABŞ, Əfqanıstan-Rusiya müharibələrini buna misal göstərə bilərik. Bir anlıq təsəvvür edək ki, Rusiyanın özü Azərbaycanı işğal edib, onda biz azadlığımız uğrunda vuruşmamalıyıq? Ərdoğanın açıqlamasını isə siyasi cəhətdən çox yerə yozmaq olar. Mənə elə gəlir ki, bununla Ərdoğan bütün dünyaya və ən başlıcası da Rusiyaya mesaj verir. Demək istəyir ki, bu problemi Rusiya yaradıb, onu özü də həll etməlidir. Mən bu fikri “Avronest”in iclasında açıq şəkildə söylədim. Bildirdim ki, sənədə salınsın ki, Azərbaycanın ərazisini ermənilər Rusiyanın köməyilə işğal ediblər və onlardan Qarabağa bağladıqları erməniləri oradan aparmaları tələb edilsin. Problemin həllində Ərdoğanın Rusiyanın rolunu xüsusi olaraq qabartması Putinin boynuna bir qədər fəal olmasını qoymağa hesablanıb. Rusiya doğrudan da bu problemin həllində istədiyi vaxt irəliləyişə nail ola bilər. Çünki erməniləri Dağlıq Qarabağa onlar bağlayıb”.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 799 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |