07.06.2012 [17:17] - Gündəm
Nizamini fars şairi hesab edən Tehran ilk dəfə öz “Nizamisini”n tablosunu təqdim edib.
Tehran, Azərbaycanı, şairin heykəlini (mücəssəmə) saxtalaşdırıb, onu İtaliyaya hədiyyə etməkdə günahlandırıb.
İran Azərbaycana qarşı növbəti iddiasını qaldırıb. Bu dəfə İran rəsmiləri Azərbycanın ölməz şairi Nizami Gəncəvini “İran mədəniyyətinin fəxri” elan edərək şairin bu il İtaliyada qoyulmuş heykəlinə rəsmi etirazını açıqlayıb. Modern.az İRNA-ya istinadən bildirir ki, bu barədə İranın mədəniyyət və irşad nazirinin müavini Bəhmən Dəri açıqlama verib.
"Azərbaycan Respublikası yaxşı olar ki, mövcud prosesləri (sürəc) nəzərə alaraq öz xarici siyasət sahəsindəki bu hərəkətindən çəkilsin. Digərlərinin mədəniyyət fəxrlərini öz xeyrinə müsadirə və digərlərinə hədiyyə etmək yaxşı hərəkət deyildir"–deyə nazir müavini bildirib. B.Dərinin sözlərinə görə, “İran mədəniyyətinə təcavüz yəqin ki, məsul şəxslər tərəfindən reaksiya (əksüləməl) ilə üzləşəcək və İslam Respublikası belə təcavüzlər qarşısında sakit qalmayacaq”.
Bəhmən Dəri qeyd edib ki, İranın fəxri şəxsləri üçün geniş səviyyədə xatirə mərasimlərinin keçirilməsi planları hazırlanır.
Bəhmən Dəri İranın Nizami Gəncəvini “İranın tanınmış şairi” adlandırıb, deyib ki, İran Azərbaycana “şairin heykəlini və şəxsiyyətini saxtalaşdırıraq, İtaliyaya hədiyyə etməsinə və onun Roma şəhərindəki Vila Burquze parkında qoyulmasına” etiraz edir. Bəhmən Dəri həmçinin YUNESKO və digər elmi-mədəni mərkəzlərdə bu əsərlərin qeydiyyata alınması üçün Azərbyacnın səylərinə etiraz edərək, bunun təkcə İranın zəifliyi ilə bağlı olmadığını deyib.
Bəlli olduğu kimi, Nizami Gəncəvinin bizim təsəvvürümüzdə olan şəkli sovet (Şurəvi) antropoloqu (insanşünas) Gerasimov tərəfindən şairin kəllə quruluşuna əsasən hazırlanıb. Maraqlıdır ki, İran tərəfinin də özlərinin təsəvvür etdikləri Nizami tablosu var. İran ilk dəfə olaraq öz “Nizamisini” təqdim edib.
Şərqin mədəni xəzinəsində “Xəmsə” kimi qiymətli əsər qoymuş Nizami Gəncəvini bütün mədəni aləm Azərbaycan şairi kimi qəbul edir. Qədim türk yurdu Gəncədə anadan olan böyük şair ömrü böyu orada yazıb-yaradıb. Məhz bu böyük şairin poemaları (şeirləri) Azərbaycan mədəni irsinin zənginləşməsində və milli kimlik fəlsəfəsinin dərkində böyük izlərini qoyub. Qonşu İranın Azərbaycanın böyük şairinə şərik çıxması və onu özünün “mədəni fəxri” elan etməsi anlaşılmazdır. Düzdür, adətən deyirlər ki, ölməz səntəkarların əsərləri bütün dünyaya məxsus olur. Amma bir şərtlə: o şairin doğulduğu yer və mənsub olduğu xalq həmişə minnətdarlıqla xatırlanır...

Bu xəbər oxucular tərəfindən 1715 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |