Şrift:
The Wall Street Journal: “Azərbaycan ordusunun möhkəmlənməsi ölkənin qalib kimi çıxmaq şansını artırır”
07.06.2012 [17:58] - Hərb
Amerikanın nüfuzlu “The Wall Street Journal” qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş məqalə dərc olunub.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı məlumat verilib, Ağdam rayonunun Çıraqlı kəndi sakinlərinin fikirləri yazıda öz əksini tapıb.

Məqalədə qeyd olunur ki, Çıraqlı kəndində hər gün erməni snayperlərinin açdıqları atəş səsləri eşidilməkdədir.

“Bütün dünya Azərbaycanın gündən-günə necə inkişaf etdiyini, möhkəmləndiyini görür. Biz əminik ki, öz torpaqlarımızı işğaldan azad edəcəyimiz gün uzaqda deyil” - deyə, sözügedən kəndin sakini Xosrov Şükürov bildirib.

Məqalədə qeyd olunub ki, münaqişə tərəfləri problemin həll olunması üzrə danışıqları davam etdirirlər. Azərbaycan ordusunun potensialının möhkəmlənməsi ölkənin münaqişədən qalib kimi çıxmaq şansını artırır.

Məqalədə həmçinin qeyd olunur ki, Çıraqlı kəndinin sakinləri snayperdən açılan atəşlərə məruz qalıblar, bir neçə sakin güllə yarası alıb. Müəllif yazır ki, Hillari Klinton Cənubi Qafqaz bölgəsinə səfəri zamanı münaqişənin güc tətbiq olunması yolu ilə həll olunmasına gətirib çıxarmayacağını bəyan edib.

Məqalədə deyilir ki, münaqişənin həllinin yeganə yolu diplomatik danışıqlardır. Bu dondurulmuş münaqişə deyil.
Bu xəbər oxucular tərəfindən 1105 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed