24.11.2017 [10:56] - Türk dünyası-Turan
Moskva Dövlət Linqvistika Universitetində (MDLU) Rusiya ərazisində yaşayan türk xalqlarının mədəniyyətinin və dillərinin qorunub saxlanılması və inkişaf etdirilməsi məsələlərinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans keçirilib. MDLU-nun Beynəlxalq Münasibətlər və Sosial-Siyasi Elmlər İnstitutu tərəfindən təşkil edilmiş konfransda Rusiya və MDB ölkələrinin türkoloq alimləri, görkəmli siyasi və din xadimləri iştirak edib.
Konfrans Rusiya Federasiyası ərazisində yaşayan etnomədəni cəmiyyətlərin qarşılıqlı əlaqələri vasitələrini işləyib hazırlamaq, MDB-nin vahid etnomədəni məkanını təşkil edən müxtəlif mədəni təbəqələrin bir-birinə nüfuz etməsi və qarşılıqlı zənginləşməsi yollarını elmi cəhətdən əsaslandırmaq, sosiomədəni mühiti inkişaf etdirmək və Rusiyanın ali məktəb tələbələrinə tolerantlıq aşılamaq məqsədi daşıyıb.
Konfrans iştirakçıları türk dünyası kimi etnomədəni təsisat, onun çox mühüm tərkib hissəsi olan Mərkəzi Asiya və Azərbaycan ilə Rusiyanın qarşılıqlı əlaqələrinin inteqrasiya potensialını nəzərdən keçiriblər, terrorizmin inkişafına şərait yaradan millətçilik, ksenofobiya və millətlərarası münaqişələr kimi mənfi halların qarşısının alınması məsələlərinə toxunublar.
Azərbaycan alimi, filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin professoru Zemfira Rüstəmova “UNESCO-nun dünya irsi obyektləri Azərbaycan mədəniyyətində” mövzusunda məruzə ilə çıxış edib.
Konfrans çərçivəsində konsert proqramı təqdim edilib. Tədbir iştirakçıları Azərbaycan mətbəxinin ləziz yeməklərinin dadına baxıblar.
Konfrans materiallarını məcmuə şəklində hazırlamaq planlaşdırılır.
Fəridə Abdullayeva

Bu xəbər oxucular tərəfindən 565 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |