Şrift:
Güneyli milli fəal Əfsanə Toqirin saxlanılma müddəti uzadıldı
08.06.2012 [12:25] - Güney Azərbaycan xəbərləri
Xanım Əfsanə Toqir, mayın 21-i Təbrizdə kütləvi yürüş keçirilən gün tutuqlanıb.Son məlumata görə, xanım Toqirin saxlanılma müddəti daha 2 həftə uzadılıb.Xanım Toqir iki gün sorğu-suala tutulduqdan sonra ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsində qadınlara məxsus təknəfərlik kamera (sellul) olmadığı səbəbindən, Təbriz zindanına intiqal edilib.Son günlərdə bir çox azərbaycanlı fəal və öyrənci, xanım Toqirin ailəsini ziyarət ediblər. Məlumata görə, təhlükəsizlik qüvvələri onun ailəsinə xəbərdarlıq ediblər ki, onlar azərbaycanlı fəalları evlərində qəbul etsələr, sonrakı problemlərə hazır olmalıdırlar.Qeyd edək ki, adını çəkdiyimiz mədəni fəal, Təbriz universitetinin öyrəncisi və Azərbaycanşünaslıq Ocağının Mərkəzi Şurasının üzvüdür.
Bu xəbər oxucular tərəfindən 1342 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed