Şrift:
Qarabağ münaqişəsinin nəzarətdən çıxma təhlükəsi var
08.06.2012 [12:35] - Xəbərlər
Beynəlxalq Böhran Qrupu Avropa proqramının direktoru ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klintonun səfərini şərh edib.

"Çox müsbət haldır ki, Hillari Klinton Cənubi Qafqaz ölkələrinin hər birində Dağlıq Qarabağ münaqişəsi mövzusunu qaldırıb. Bu, Ermənistanla Azərbaycan arasında toqquşmalar barədə məlumatların daxil olması fonunda (zəminində) baş verib. Bu toqquşmalar zamanı erməni tərəfdən üç, Azərbaycan tərəfdən beş əsgər həlak olub. Bütün bunlar ondan xəbər verir ki, vəziyyət olduqca gərgindir". Bunu Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru, doktor Sabina Freyzer "Turan" agentliyinin xahişilə ABŞ dövlət katibi Hillari Klintonun İrəvan və Bakıya səfərini şərh edərkən bildirib.

“ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Qrupuna və 2011-ci ilin yayında Azərbaycanla Ermənistan prezidentlərinin Kazan görüşünə olan ümidlər özünü doğrultmadı və atəşkəs rejiminin pozulması genişlənir. Vəziyyətin nəzarətdən çıxa bilmə təhlükəsi var, Ermənistanla Azərbaycan isə hər itkiyə görə qisas almaq üçün atəşə başlaya bilər. Lakin əgər bu baş verərsə, tərəflərə uçurumun kənarından çəkilmək və ya müharibəni tez udmaq çox çətin olacaq”, - deyə o bildirib.

Hillari Klinton Bakıda "Mən hər iki prezidentə vəd etmişəm ki, münaqişənin həllinin tapılmasına və bu faciəvi vəziyyətdə ölümə son qoyulmasına öz dəstəyimi verəcəyəm” bildirib.

Freyzerin sözlərinə görə, bu, dövlət katibinin sülh axtarışında iştirak etmək niyyətini açıq şəkildə bəyan etməsi ilə bağlı ilk haldır. Bu, çox müsbət bəyanatdır. 2008-ci ilin payızından Rusiya, xüsusilə də keçmiş prezident Medvedev danışıqlar prosesində (sürəc) aparıcı rol oynayıb.



Rusiyada seçkilərdən, həmçinin Rusiyanın sazişi təmin etməyə qadir olmamasından sonra ABŞ (Amerika Birləşmiş Ştatları), Rusiya və Aİ-nin (Avropa İttifaqı) vasitəçilik səyləri üzrə əməkdaşlıq etməsi lazımdır. “Ümid edirəm ki, indi ABŞ daha mühüm rol oynayacaq”, - deyə ekspert (karşünas) vurğulayıb.

“Ən sonda Azərbaycan və Ermənistan özləri sülh sazişini istəməlidir. Bu, ABŞ, Aİ və Rusiya tərəfindən qəbul etdirilməməlidir. Son günlər baş verən ölüm halları gələcək itkilərin başlanğıcı olmamalıdır” və bunlar açıq şəkildə göstərir ki, silahlı münaqişənin bərpası hər iki tərəfdən ciddi itkilərə səbəb olacaq. Münaqişəni asan başa vurmaq və tez qələbə çalmaq ümidi ilə başlamaq olmaz.

Əgər döyüşlər yenidən başlayarsa, uzun müddət davam edə bilər və daha geniş əraziyə keçə bilər. Hətta Gürcüstanda da hiss edirlər ki, müharibə başlayarsa, onlar da əziyyət çəkəcəklər. Hazırda dinc nizamlanmanın yolunu tapmaq üçün qonşularla və böyük dövlətlərlə iş aparmaq üçün münasib vaxtdır. İşğal olunmuş bir və ya iki rayonun azad edilməsi, məcburi köçkünlərin ora qaytarılması bu prosesin başlanğıcı ola bilər”, - deyə Sabina Freyzer bildirib.
Bu xəbər oxucular tərəfindən 1356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed