28.11.2017 [10:08] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Dünya birliyinin Azərbaycana qarşı hər sahədə qərəzli, ədalətsiz mövqedən çıxış etdiyinin daim şahidi oluruq. Bu, təkcə Dağlıq Qarabağ münaqişəsinin fonunda milli məsələlərimizlə bağlı deyil, artıq idman sahəsində də baş verir.
Son olaraq, Çempionlar Liqasının qrup oyunlarında Bakıda keçirilən “Qarabağ” - "Çelsi" oyununda portuqaliyalı hakimin klubumuza qarşı 90 dəqiqə ərzində qərəzli olması, oyunun taleyini həll edən bir qırmızı kart və qapımıza iki penalti təyin etməsi bu məsələni bir daha aktuallaşdırdı. Açıq şəkildə xristian hakim milyonların gözü qarşısında “Qarabağ”a qarşı açıq qərəz nümayiş etdirdi.
Bu yanaşmanın səbəbləri ilə bağlı zaman-zaman müxtəlif mövqelər sərgilənib. Gah burada xristian təəssübkeşliyinin olduğu, gah da müsəlman-türk faktorunun əsas rol oynadığı önə çəkilir. Bizi kiçik bir ölkə və xalq olaraq gördükləri üçün də qərəzli münasibət sərgilənməsi barədə də fikirlər az deyil.
Əslinə qalsa, “Çelsi” ilə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu məsələyə toxunaraq, bir sıra maraqlı fikirlər səsləndirmişdi.
Sitat: “Son vaxtlar bu qədər məyus olmamışdım. Mənə maraqlıdır ki, bizim ölkəyə bu qədərmi kiçik baxırlar? İnanmıram ki, böyük komandalara qarşı bu cür qərar verərdilər”.
Əslində əfsanə məşqçimizin bu cümlələri ilə hansı mesajları verdiyini, qəlbindən keçənləri və dilə gətirə bilmədiklərini anlamamaq mümkün deyil.
Ölkəmizə, xalqımıza qarşı bu münasibətin qarşısını necə almalı kimi suallar hər kəsdə var.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev öncəliklə “Qarabağ”a edilən haqsızlıqların səbəblərinə toxundu: “Bu idman növü həm də biznes, qumardır. Böyük vəsaitləri olan milyarderlər belə oyunlara pul qoyurlar. Böyük ehtimalla ”Çelsi"nin qalib gələcəyini proqnoz etmişdilər. Oyunun ilk 15-20 dəqiqəsində bunların proqnozunun artıq alt-üst ola biləcəyi görünürdü. Artıq qol kimi bir şey olan qapı dirəyinə top dəymişdi. Düşündülər ki, pul itirəcəklər. Hesab edirəm ki, bu anda hakimə, yaxud onun “böyüyünə” zəng gəldi ki, “Qarabağ”ı uduzdurmalısan. Belə hallar dünyanın müxtəlif yerlərində az olmayıb. “Mançester Siti”ni xatırlayaq, son anda bu klubun uduzdurulması sifarişi gəlmişdi. Mətbuatda da bu xəbərlər getmişdi. “Qarabağ” birmənalı şəkildə “Çelsi”ni udacaqdı. Çox böyük üstünlüyü var idi. Komandamızı təbrik edirəm, 10 nəfərlə belə əzmkarlıq nümayiş etdirdilər. Millət olaraq da, xarakterimizin güclü olduğunu göstərdilər. İstənilən avropalı bizi qısqanır. Heç kim dilinə gətirməsə də, burada xristian və müsəlman amili də var. Bütün məsələlərdə təəssübkeşlik edirlər. Burada siyasi məsələlər də var. Bizim yerləşdiyimiz yerdə ağalıq etmək istəyirlər. Burada ayaqüstə dayanan bir millətin mövcudluğunu belə istəmirlər. Biz ruslardan fərqli olaraq, cavanlaşan bir millətik. Sözlərini keçirmək üçün daim bizi zəif salmağa çalışırlar. İki əsr əvvəldən “Böyük Şərq” planları var idi, türk dünyasını parçalamaq, burada xristian dövlətləri yaratmaq istəyirdilər. O plan bu gün də davam edir. Biz özümüz toparlanmalı, cəmiyyət olaraq güclü olmalıyıq. Bizi içərimizindən dağıtmaq istəklərinə imkan verməməliyik. Xüsusilə “sapı özümüzdən olan baltalar”a çağırış edirəm ki, bu gün günlük siyasət yürütməyin, səhəri gün övladlarınız, nəvələriniz o imperialist qüvvələrin kölələrinə çevrilə bilərlər. Daxildə özümüz möhkəm olmalı, Avropa Evinə oxşayan Avrasiya Evi qurmalıyıq, türk-islam birliyi şəklində. Bundan başqa çıxışımız yoxdur. Bizə xoş münasibətləri olan Ukrayna, Gürcüstan kimi dövlətlərlə cinah müttəfiqliyi qurmalıyıq".
Deputat bizi dövlət olaraq kiçik görmələrindən də söz açdı: “Bizi kiçik görməyə alışıblar. Amma ”Qarabağ"ın oyununda yanıldıqlarını gördülər. Artıq bir türk klubunun mötəbər yarışda irəlilədiyinin şahidi oldular. Son üç oyunda da “Qarabağ”ın qalib gəlmək üçün real imkanları var idi, amma hər birində hakim imkan vermədi. Qarşılarında gördükləri qüdrətli bir xalqı və qüdrətli bir xalqın komandasını həzm edə bilmədilər. Biz hesabda uduzduq, amma mənəvi cəhətdən çox böyük qələbə qazandıq. Sübut etdik ki, bizdən qorxmağa başlayın. Əgər bizdən qorxmağa başlayıblarsa, demək, artıq biz onları kiçik görməliyik. Bizimlə ədalətli şəkildə mübarizə aparmağa qadir deyillər. Ola bilər ki, bu məsələdə bir az duyğusal fikir bildirim. Oyunda qırmızı kart və penalti verəndən sonra Qurbanov komandanı kənara çağırdı. Hesab edirəm ki, o zaman komanda oyundan çıxmalı idi, bizi yarışlardan kənarda qoysalar belə. Göstəri ilə çıxıb getmək lazım idi. Həmin hakimə, aid olduğu dövlətə sərt təpki göstərməliyik. Hətta təhqiramiz ifadələrlə dolu məktublar belə elektron poçt vasitəsilə göndərməliyik. Həmin hakimin çox ağır şəkildə cəzalandırılmasına nail olmalıyıq. Belə bir ənənənin oturuşmasına imkan verməməliyik. Əvəzini çıxmasaq, belə hallar yenə də baş verəcək".
Cavanşir ABBASLI

Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |