08.06.2012 [12:50] - Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
İran tarixində hal-hazirki dövrə qədər, üç dövlət forması mövcud olmuşdur. Birinci forma, mütləq padşahçılıqdir ki, 20-ci əsrin əvvəllərinə qədər davam edib. Ikinci forma, 1906-ci ildən 1979-cü ilə qədər davam edən məşrutiyyət padşahçılığı və nəhayət üçüncü forma İslam cümhürusu-Vilayəti fəqih dövrüdür ki, indiyə dək davam edir.
Dövlət hüququ baxımdan, İran ölkəsi 1906-ci ildən 1979-cü ilə qədər parlamentar əsaslı Məşrutə padşahçılığı idi. Onun əsasını 1906-cı il İran anayasası və 1907-ci il “Əsas qanuna əlavə”-si təşkil edirdi. Qərb ölkələrin əsas qanunları, özəlliklə 1831-ci il Belcika Əsas qanunu əsasında hazırlanmış “İran əsas qanunu”, hakimiyyətin bölünməsi prinsipi əsasında təşkil edilmişdi. Bu o deməkdir ki, Şahın 1906-cı ildən əvvəlki mütləq hakimiyyəti, parlamentin yaranması nəticəsində məhdudlaşdırılmışdır. Hökumət bundan sonra, parlament qarşısında məsuliyyət daşıyan nazirlər vasitəsilə idarə olunmalıydı.
Digər hüquqlarla yanaşı, “İran əsas qanunu”, əhaliyə aşağıdakı hüquqlar vərirdi:
-qanun qarşısında bərabərlik
-mətbuat azadlığı
-söz və yığıncaq azadlığı
Bütün bunlar:
(Magna Charta, Bill of Rights) ənənələrindən, 1799-cu il “İnsan huquqları” bəyannaməsindən və 1831-ci il “Belcika əsas qanun”, əsas hüquqlar kataloqundan götürülmüşdür.
Ancaq inkar edilməz bir həqiqətdir ki, Şah dövrünün sonuna qədər, əsas qanunun nəzəriyyəsi və əsas qanunun tətbiqi bir.birilə uyğun olmayıb və əksinə, lazım təmizliklərdən sonra, əsas qanun çox kiçik bir hakim təbəqənin imtiyaz və mənafeinin qanunlaşdırılması üçün bir vəsiləyə çevrilmişdir.
Qərb ölkələrində parlamentar əsaslı, demokratik dövlətlərin əmələ gəlməsi, uzun müddətli sosyal-iqtisadi və mədəni inkişafın nəticəsində mümkün olmuşdur. Misal üçün bu ölkələrdə həyat səviyyəsi və xalqın siyasi yetginliyi yüksək bir dərəcəyə çatandan sonra, ümum seçki hüqununun kəsərli tətbiqi imkanpəzir olmuşdur.
1906-ci ildə parlamentarizm əsasında Məşrutə sistemi tətbiq edildikdə, bu şərtlər iranda hələ yənidən əmələ gəlirdi. Bu dövrdə İngiltərə və Rusiyanın nüfuzu altında İranda köhnə feodal ictimai quruluşun getdikcə dəyişilməsi özünü göstərirdi və bununla əlaqədar müxtəlif təbəqələrin ictimai quruluş haqqındaki təsəvvürləri də dəyişirdi. Bu o deməkdir ki, Məşrutə-Parlamentarizm sistemi haqqında iran əhalısının böyük hissəsinin əvvəlcədən heç bir dəqiq təsəvvürü yox idi. Bundan əlavə mətbuat vasitələri çox cüzi idi və əhalının 90% savadsızidi. Onlar ancaq ağır sosyal vəziyyətdən və əyalətlərdə Valilərin özbaşına hökmranlığından qurtuluşları üçün məşrutə inqilabında iştirak edirdilər.
Ingilistan və Rusiyanın irana soxulması, ilk növbədə iran mumtazlarının yüksək ictimai mövqe tutmasına imkan yaratdı. Bu qrupalar əsasən İngilistan və Rusiya ilə al-ver sayəsində ticarət burjuvazının yüksək zirvəsinə qədər qalxan tacirlər və iri mülkədarlardan ibarət bir qrupa idi. Onlar feodal-ticarət sistemin (Merkantil sistemi) hökm sürməsini tələb edib və bu məqsədə çatmaq üçün, qədimdən mövcud olan Feodal-mütləq sistemin aradan qaldırılmasını tələb edirdilər.
1906-cı ildə məşrutə-padşahçılıq sistemi təşkil edildikdən sonra, tezliklə aydın oldu ki, ticarət burjuazısı və iri mülkədarlar, saray və ənənəvi qüvvələrlə birləşməyə girib və beləliklə iranda demokrasının həyat keçirilməsinə mənfi təsir buraxdılar. Onlar dövlətdə həqiqi hakimiyyəti ələ keçirib və anayasadan Feodal-Merkantil sistemi qüvvədə saxlamaq məqsədilə istifadə edirdilər. Bununla yanaşı, onlar ölkənin inkişafi və müstəqil sənayeləşməsindən də qorxurdular. Çünkü əməldə xarici təzyiqlər və həmçinin daxili siyasi ənənəvi qüvvələr, onların mövqeini təhlükə altına salırdı.
Demək olar ki, qərb ölkələrin əsas qanunları nümünələri əsasında qəbul edilmış məşrutiyyət əsas qanunundan gözlənilən ümidlərin doğrulmaması, əgər müəyyən mənada onun məzmununun nəticəsi idisə, digər tərəfdən də bu, əsas qanunun həyata keçirilməsini namümkün edən siyasi-ictimai və tarixi münasibətlər idi. Burada bu faktorlara nəzər salıb və onların İslam cümhurusu-vilayəti fəqih sisteminin hakimiyyətə gələcəyinə zəmin yaradan münasibətləri göstərməyə çalışacağam.
Parlamentarizmının tarixi inkişafı
1- İran məşrutə inqilabı ərəfəsində
19-cü əsrdə İranda hələ mütləq idarə etmə formasının hökm sürməsinə baxmayaraq, bu əsr əvvəlkilərdən əsaslı surətdə fərqlənirdi. Çünkü Fəthəli şahın hakimiyyəti dövründə, keçmiş təsadüfi əlaqələrdən sonra, Ovrupa ilə, onun iqtisadi və hərbi qüdreti, onun inkişafi və tekniki ilə açıq rəqabət və ziddiyyətlər başlandı.
əvvəllər İranin xarici ölkələrlə əlaqəsi məhdud ticarət əlaqələrilə kifayətlənirdisə, 19- cü əsrdə irana öz təsirini göstərən Avropanın, xüsusilə İngiltərə və Rusiyanın təsiri elə möhkəm idi ki, o, iranda məşrutə hərəkatının hazırlanmasına həlledici dərəcədə zəmin yaratmışdır. Bir-birilə rəqabət aparan ingiltərə və rusiya hökumətləri arasındaki mübarizə, işi o yerə gətirib çıxarmışdı ki, iran formal müstəqilliyə malik olan, yarım müstəmləkə vəziyyətinə düşmüşdü. Digər tərəfdən isə Avropanın irana böyük təsiri nəticəsində, köhnə Feodal ictimai quruluş tədricən dəyişirdi. Bu o deməkdir ki, iqtisadi və sosyal münasibətlər keçmiş dövrlərlə müqayisədə yeni bir məna kəsb edirdi. Bu dəyişiklər nəhayət iranda meşrutə hərəkatının və parlamentarizmin yaranmasına gətirib çıxartdı. 19-cü əsrdə iranda məşrutə hərəkatı dolayısıyla hazırlandığı üçün, aşağıda bu dövrün inqilab üçün helledici əhəmiyyətə malik olan faktorları daha ətraflı təhlil ediləcək.
İngiltərə və Rusiyanın İrana nüfuzu
Ingilistan və Rusiyanın İrana geniş nəzarət etmək üçün cidd-cəhdləri 1800-cü ildən, yəni birinci Napoleonun Rusiya tezari birinci Paul ilə birgə Hindustanda İngiltərə hakimiyyətinə hücum etmək planının hazırlanmasından başlayır. Napoleon İranın köməkilə İngiltərənı Hindustanda dəniz yolundan məhrum etmək istəyirdi.
Ingiltərə isə çalışırdı ki, Hindustandakı müstəmləkələri üçün təhlükəli olan Napoleon və iran şahı arasındaki razılaşmalara mane olsun. Buna görə də o, Hindustandan İrana səlahiyyətli bir ingilis məmuru göndərib və o da öz növbəsində hədiyyələr və vədələr verməklə iran şahını ingilislərlə birlikdə Fransanın əleyhinə yönəlmiş bir müqavilə bağlamaqla təhrik edir. (1)
Müqavilədə müharibə şərayitində qarşılıqlı hərbi yardım nəzərdə tutulurdu.
Rusiyə iranın şumalında əraziləri işğal etmək üçün bir başa hərbi əməliyyat başlayanda, ingiltərə 1800-cü ildə bağlanmış qarşılıqlı mudafiə müqaviləyə baxmayaraq, Rusiya ilə fransıya qarşı müttəhid olduqlarına əsaslanaraq, irana hər hansı bir hərbi köməklikdən imtina edir. Belə olduqda iran yenidən fransıya müraciət edib və Napoleon irana hər bir cür mümkün köməye vədə edir.
O, 1807-ci ildə iran ordusunu müasir Avropa səviyyəsində hazırlamaq üçün Tehrana 70 nəfər zabit göndərir. Son nəticədə iran ingilislərin təzyiqi və onun iranin cənubunda fars vilayətini işğal etmək təhlükəsi ilə üzləşərək, fransanıyanın hərbi heyətini geri qaytarmalı olur. Bu dövrdən başlayaraq iranda nəzarət etmək uğrunda bir-birilə rəqabət aparan böyük dövlətlər ingilistan və rusiya olur. Ingilislərin marağı hər şeydən əvvəl bundan ibarət idi ki, özünün Hindustan müstəmləkələrinə yolu açıq saxlasın. Rusiyanin marağı isə şumalda buz vurmayan limanlarının çatışmazlığından irəli gəlirdi.
Bu dövrdə iranin güney hissəsi ingilislərin güclü iqtisadi, hərbi və siyasi təsiri altında idi. Iranin şumalında isə rusiya iran əyalətlərini işğal etmək üçün hərbi əməliyyatlar keçirirdi. 1813 və 1826-ci il müharibələri iranin şümalında əyalətlərin itirilməsinə gətirib çıxardı. Bu müharibələrdə o cümlədən Gülüstan və Türkəmənçay müqavilələri üzərində Azərbazcan iki yerə bölünüb və şümal hissəsi rus imperiyasına daxil edildi.
Hər iki müharibədəki məğlubiyyətlər təkcə ərazi itgisi ilə kifayətlənmirdi. Həmdə bu Qacarlar sülaləsinin Tezar rejimindən xüsusi asılığına səbəb oldu. Çünkü 1828-ci il Türkmənçay sülh müqaviləsində Vəliəhd Abbas Mirza rusiya ilə razılığa gəldi ki, rusiya hökuməti onun taxt-taca sahib olmaq hüququnu tanıyıb və onun vərəsələri arasında iran səltənətinin davam tapmasına təminat versin. Bu vaxtdan Qacarlar sülaləsinin şahları rus himayəsi və təsiri altına düşüb və necə deyirlər, öz maraqlarını həyata keçirmək üçün rus hökumətinin əlində bir alətə çevrildilər. Misal üçün rusların köməkilə Muhamməd əli şah 1908-ci ildə iran parlamentini topa bağlayıb və onu bağlandırmışdı.(2)
Yuxarıda qeyd edildiyi kimi, əgər iran sərayında rusiyənin yaxın tərəfdarları varidi sə, ingilislər iranın cənub məntəqəsində köçəri tayfalarla sıx əlaqə saxlayıb və iranda öz planlarının həyata keçirilməsində onlardan istifadə edirdilər.
Iranin 1826-ci il məğlubiyyətinə qədər rusiya hərbi işğalçılıq siyasəti yürüdürdü. 19-cü əsrin ortalarından başlayaraq, rusiya bir vaxtlar ingilislərin etdiyi kimi, irani həmçinin iqtisadi və siyasi cəhətdən də öz nəzarəti altına almağa başladı. (3) .Beləliklə 19-cü əsrin ortasından bəri iran üçün hər iki dövlət yəni ingilistan və rusiya dövlətlərindən “könüllü asılılıq” dövrü başlandı. Onlar özlərinin genişlənən sənayesi üçün xam maddə əldə etmək və öz sənaye məhsulları üçün iranda yeni bazarlar təmin etmək üçün bir-birlərilə rəqabət aparırdı və bu zaman imtiyazlar ələ keçirmək və birtərəfli ticarət sazişləri vasitəsilə iranin ingilistan və rusiya tərəfindən könüllü sıxışdırılması başlandı. Tezliklə ingilistan və rusiya, ölkəni daha çox nəzarət altında saxlamaq üçün irana sərmayə xaric etməyə başladılar. Bu cür “könüllü sıxışdırma” üsulu tez-tez hərbi təzyiq vasitəsilə müşayiət olunub və səraya rüşvət verməklə onu ələ almaqla həyata keçirilirdi. (4) . Ingilistan və rusiyaya verilən müxtəlif imtiyazlar iran iqtisadiyyatını tamamiylə iflac vəziyyətinə salırdı. Çünkü inhisarların əcnəbilərin əlinə keçməsilə, dəmək olar ki, bütün daxili bazar və həlledici iqtisadi sahələr ingilistan və rusiyanın nəzarəti altına keçirdi. Misal üçün 1870-ci ildə Naserəddin şah illik gəlirin 15% -20% -i müqabilində, dəmiryolunun, küçələrin və daha sonra neft və başqa mineralların istismari, həmçinin karxanaların, kanal və digər suvarma təsisatlarının tikilməsi inhisarını 70 il müddətinə ingilisli Baron Julius de Reuterə vermişdi. Bundan əlavə iran gömrükxanası da 20-min fond sterling müqabilində 25 il müddətə ona verilmişdi. (5). O dövrün siyasi xadimlərindən biri olan ingilis Sir Henri Ralson o münasibətlə belə yazırdı: “ bu müqavilə ilə iranin və ingilastanın gələcəyi bir-birilə bağlandı... bu müqavilə çap olandan və nəşr edilən kimi , hami başa düşdü ki, ölkənin bütün var-dövlətindən istər sənaye, istərsə kənd təsərrüfati sahələrində istifadə etmək hüququ bir dəfə ingilisin əlinə verilmiş və bəllidir ki, bundan da hansı üstünlüklər meydana çıxar. əvvəllər heç kim belə bir vacib müqavilənin bir ingilislə bağlana biləcəyinin mümkünlüyünü təsəvvürünə belə gətirə bilməzdi”. (6)
Ancaq iki il keçəndən sonra bu müqavilə iran xalqlarının bəzi dayirələrinin güclü etirazi və rus rəqiblərinin tələbinə görə iran hüküməti tərəfindən ləğv edildi. Artıq 1889-cü ildə həmin baron Royterə 1872-ci ildə ləğv edilmiş sazişin ziyanının ödənilməsi kimi iranda “İran İmperial Bank” imtiyazinin əsasinin qoyulmasına icazə almaq müyəssər oldu. Bununla belə pul nəşrinin hüququ və bunun nəticəsindədə ölkənin ərzi və həmçinin pul siyasəti üzərində hakimiyyət yalnız bir bankaya məxsus edildi. Bankin müdiriyyəti Londonda yerləşirdi və iran qanunlarına tabe deyildi. “İran İmperial Banki” iranin bütün yekə şəhərlərində öz şöbələrini yaratmışdı və bütün pul dövriyyəsi onun nəzarəti altında idi. Bütün bank əməliyyatlarının xalis gəlirindən ancaq 6% -i saraya çatırdı. (7)
1871-ci ildə rusiyə də, iran sarayından “Rusiya inqiraz bankası” –nin yaradılmasına razılıq aldı. Bu bank rusiya maliyyə nazirliyinin bir şöbəsidi və buna görə də iran qanunlarına tabe deyildi. 21 Mars 1821 -ci ildə şah Tütün inhisarını Major Mr. G. F. Talbort adlı bir ingilisə verdi. Bu imtiyazın üzərində ingilisli mayora tək başına 50 il müddətinə iran tütün becərilməsi, satılması və ixraci hüquqları verildi. Bunun əvəzinə şah illik gəlirin 25% -i tələb etdi. Bir il sonra bu saziş bütün əhalının etirazına görə ləğv edildi. Ancaq iran hökuməti 1892-ci ildə, ləğv edilmiş tütün inhisarının şirkətlərinə dəyən ziyani ödəmək üçün, iran İmperial bankasının vasitəçililə ingilistandan 6% ribh ilə beşyüzmin (500,000) fond isterlinq borc almağa məcbur oldu. Alınan borc üçün təminat kimi, iran dövləti cənub iranin gömrük hüquqlarını ingilistana rəhn verdi.
Heç bir əlavə izaha ehtiyac yoxdur ki, ingilistan və rusiyaya verilən müxtəlif imtiyazlar və eləcədə rusiya və ingilistan tərəfindən şaha verilən borcların nəticəsi hər dəfə xaricdən daha böyük borc almağa və yeni imtiyazların verilməsinə və axırda iranın ingilisatan və rusiya ölkələrindən daha artıq asılı olmasına səbəb olurdu.
Nəhayət Muzəffəriddin şah 28- Mai 1901-ci ildə iranin tarixində ilk dəfə olaraq, 20,000 Fond sterlinqə ingilisli William Knox d, Arcy-ə ilk nəft imtiyazını satdı. Bu sazışın müddəti 60 il idi. Bu sazişdə əsasən rus nüfuzu altında olan 5 şumal əyalət – azərbaycan, gilan, əstərabad, mazəndəran və xorasan- istisna olmaqla, d, Arcy bütün iran ərazisində nəft yataqlarını tədqiq və istismar hüququna malik idi. Illik xalis gəlirin 16% -i iran hökumətinə verilməlidi. D, Arcy tərəfindən yaradılan nəft şirkəti “Anglo-iranian Oil-Company” adlanırdı. Sonralar, yəni 1908 – ildə yaradılmış İngilis-İran nəft şirkəti ingilis hökumətinə tabe idi. Imtiyazları ələ keçirilmək, xarici hökumətlərə irana nəinki iqtisadi, həmçinin siyasi cəhətdəndə ağalıq etməyə imkan verirdi. Beləliklə 1862-ci, 1865-ci və 1872-ci illərdə Hind-Avropa teleqraf ajentliyinin ingilis departmantı, Müzəffəriddin şahla, iranda teleqraf xəttinin tikilməsi və istifadəsi haqqinda saziş bağladı. Bu sazişə görə bütün hüquqlar yalnız ingilisə məxsus idi. Bu teleqraf xətti, iranin güney əyalətlərini ingilistan təsiri altına aldı. Ingilis hökuməti bir neçə tayfa başçısı ilə əlaqəyə girə bildi və teleqraf xəttini qorumaq bəhanəsilə ölkənin siyasi həyatına müdaxilə etməyə başladı. Bundan başqa, ingilistan iran dövlətinin tabeliyində olmayan teleqraf xəttinin tikilməsilə o dövrün ən mühüm xəbərlər vasitəsindən öz siyasətlərinə uyğun istifadə etmək imkanina malik oldu. Teleqraf idarələri ingilislər, hindustanli inglis təbəələri və zaxud “mötəbər” iran qulluqçuları tərəfindən idarə olunurdu. (8)
Ictimai quruluş
Yuxarıda qeyd etdiyimiz kimi, 19-cu əsrdə iranda Feodal ictimai quruluş Avrupanın, xüsüsilə ingilistan və rusiyanın təsiri nəticəsində dəyişməkdə idi. 19-cu əsrin əvvəllərində, Avropanın artıq inkişaf etmiş, sənayeləşdirilmiş ölkələrilə müqayisədə, iqtisadiyyat əsasını kənd təüərrüfati və maldarlıq təşkil edən iran, geri qalmış bir feodali ölkə idi. Bütün əhalının 80% -dan çoxu kəndlərdə yaşayırdı. Bununda təxminən 30% tayfa qruplarına mənsub idi və təxminən 60% kəndliləridi. (9). Əkin sahədərdə işləyən kəndlilər mülkədarların dözülməz zülmü altında yaşayırdılar. Kəndlilərin becərdiyi məhsulun 5-dən 3, ta 5-dən 4 –ü sahibkarın payına düşürdü. əgər toxumu sahibkar verirdisə,10% və əgər toxumu özü əldə etməliydisə , 20% məhsuldan özünə qalırdı. (10)
Kəndilərin asılığı həmdə onunla güclənirdi ki, çox vaxt malik öz kəndliləri üzrərində polis və məhkəmə hüququna malik idi. (11)
Tayfa üzvülərinin vəziyyəti heç də kəndilərin vəziyyətindən fərqlənmirdi. Tayfalar kənd təsərrüfatı ilə yanaşı, əsasən maldarlıqla məşğul olurdular.
Bir qayda olaraq, tayfa üzvlərinin iri torpaq sahibi olan tayfa başçısından asılıqları, kəndlilərin mülkədarlardan olan asılığından heç də zəif dəyildi.
Demək olar ki, o dövrdə İran müxtəlif qutblərdə duran ictimai təbəqələrin bir cəmiyyətidi. Bir qutbu torpaqsız kəndlilərdən və sadə tayfa üzvlərindən, şəhər sənətkarlarından və xırda al-verçilərdən ibarət olan əhalının böyük kötləsi təşkil edirdi. Bu qurupun vəziyyəti onunla səciyyələnirdi ki, onlar çox kasıb vəziyyətdə yaşayır və hər hansı siyasi iradəsini ifadə etmək hüququndan məhrum idilər. Digər qutb şah və saraydan, tayfa aristokrasından, yüksək Ayətullahlardan, iri mülkədarlardanvə yüksəkrütbəli məmurlardan ibarət idi. Bütün bu qruplar üçün ümumi cəhət bu idi ki, onların nümayəndələri, böyük torpaq ərazisinə qismən xüsusi mülkiyyət kimi, qismən dövlət mülkiyyəti kimi sahib idilər. (12)
Bütün bu qruplarla müqayisədə Şah hakim rola malik idi. Torpaqların hakim təbəqə arasında paylanması haqqında onu demək olar ki, şah ölkənin ən iri mülkədarı idi. Əksər hallarda isə, iri mülkədarlara onların torpaq sahələri şah tərəfindən icarəyə (Tiyul) vərilirdi (13).
Yalnız 19-cu əsrin ortalarından başlayaraq, şahın torpaq sahələri nəzərə çarpaq dərəcədə öz mənasını itirdi. Şahın saysız-hesabsız şəxsi xərcləri, vəziyyəti o dərəcəyə çatdırdı ki, şahlığa məxsus torpaq sahələri satıldı və beləliklə bu torpaq sahələrinin yerini getdikcə xüsusi mülklər tuturdu.
Şahın rolu 19-cu əsrin ortalarına qədər böyük torpaq sahələrinə sahib olmasından əlavə, bununla səciyyələnirdi ki, 1906-cı ildə məşrutiyyət padşahçılığı yarana qədər, o dövlət hakimiyyətinin yeganə başçısı idi. Mütləq hakim kimi, qanunvericilik, icraedici, və ədliyə hakimiyyətini o özündə birləşdirmişdi. Öz mütləq hakimiyyətini şah ona tabe dövlət orqanlarına “şahlıq fərmanları” ilə həyata keçirir və bu zaman ondan asılı nazir və yüksək məmurlar tərəfindən müdafiə olunurdu. Şahın mütləq hakimiyyətini ölkənin bütün əyalətlərində həqiqətən həyata keçirmək üçün hər halda şah, saray idarə orqanların və məmurların azlığına görə, əksər hallarda öz yaxın qohumlarından, əyalət başçı təyin edir və onlara bir vəzifə olaraq tapışırılırdı ki, əyalətlərdə şah hakimiyyətinə əməl olunmasına nəzarət etsinlər.
Kiçik şəhərləri isə “hakim”- lər (bunlar əksər hallarda şahzadə və yaxud şahın başqa qohunları idilər) idarə edirdilər. Çox vaxtlar dövlət vazifələri, həmçinin vergilərin yığılması kimi dövlət gəlir mənbələri şah tərəfindən icarəyə verilirdi və valilər öz vəzifələrini şahdan satın alırdı. Vəzifələrin satılması öz növbəsində şah və onun sarayı üçün heç bir itgi deyildi. Çünkü vəzifə alan, aldığı vergilərin müəyyən bir hissəsini saraya verməliydi. Yığılmış vergilərin digər hissəsi isə onun şəxsi istifadəsində qalırdı. Bununda nəticəsi bəzən elə olurdu ki, valilər əhalidən mümkün qədər daha çox, hətta bəzən silahli dəstələrin köməkilə vergi yığmağa çalışırdılar.
Aydındır ki, ictimai hakimiyyətin bu cür xüsusi mülkiyyətə çevrilməsi sistemi, rüşvəxorluq üçün elverişli şərayit yaradırdı və bununda ağırlığı əhalının üzərinə düşürdü. Bu yükü ağırlaşdıran daha bir faktor da nazir və vilayətlərə tabe olan məmurların ümumiyyətlə kafı qədər məvacib almaması idi və onlar camaatın hesabına yaşamalı olurdular. Hükumət o cümlədən polis məmurlarına cüzi maaş verirdi. Istər nazirliklərə, istərsədə vilayətlərə tabe olan bütün polis idarələri əhalının verdiyi “Çaypulu”-ndan və yaxud həbs edilənlərdən alınan pul hesabına yaşayırdı. (14)
Məhkəmədə vəkillik etmək yüksəkrütbəli hükumət məmurlar üçün əlavə bir varlanma mənbəidi. Öz vilayətləri daxilində hüquq-məhkəmə işləri də tapışırılmış valilər, əksər hallarda, “cərimə” və ya zamant pulu az olanı günahkar elan edirdilər. Kim valiyə böyük məbləğdə azad olma pulu verə bilirdisə, azadlığa buraxılırdı. (15)
Geriyə nəzər salanda, demək olar ki, təxminən 19-cu əsrin ortalarında İranda hələ qədimdən qalan ciddi mütləqiyyət padşahçılığı ilə səciyyələn ictimai quruluş davam edirdi. Şah mütləq hökmran kim, dövlətdə hakimiyyəti öz əlində birləşdirmişdi. Eyn zamanda o, ölkənin təxminən bütün mülk və torpaqların sahibi idi və çox vaxtlar öz sahələrindən istifadə hüququnu yüksək məmurlara, zabitlərə və tayfabaşçılarına həvalə edirdi. Şahın yüksək hakimiyyəti ilə əhalının ən böyük aciz və hüquqsuz hissəsi qarşı-qarşıya dururdu. Xalq dövlətin formalaşdırılmasında iştirak etmirdi. Şah tərəfindən bəzi hakimiyyət hüquqları verilmış və sarayda qismən nüfuza malik yüksək təbəqə, şahın qohumları, yüksək din xadimləri və yüksəkrütbəli məmurlar müstəsna təşkil edirdilər.
Artıq qeyd etdiyimiz kimi, o vaxta qədər iran ictimai quruluşu heç bir deyişikliyə məruz qalmamışdı. Ancaq 19- əsrin ortalarından Avropanın xüsusilə İngilistan və Rusiyanın təsiri, iqtisadi və ictimai sahələrdə dəyişiklər meydana gətirdi və bunlarda Məşrutə hərəkatının əmələ gəlməsi üçün şərayit yaratdı.
Yuxarıda işarə olunduğu kimi, İngilistan və Rusiya ilk hərbi işğal etmə siyasətindən sonra 19-cu əsrin ortasından, irani bundan belə əsasən “sülh” yolu və vasitələrilə, həmçinin iqtisadi və siyasi cəhətdən öz nəzarətləri altına almağa başlamışdılar. İranda “sülh müdaxiləsi” altında əsasən imtiyazların ələ keçirilməsi və ticarət sazişlərinin bağlanması həyata keçirilirdi. Müxtəlif imtiyazlar və ticarət sazişləri ilk növbədə buna xidmət etməliydi ki, bir tərəfdən ingilistan və rusiyada vüsət tapan sənaye üçün yeni satın bazarları əldə edilsin. Digər tərəfdən isə, qismən ingilistanın və rusiyanın sənayesində istifadə edilən pambıq, şəkər və çuğundur kimi kənd təsərrufat məhsullarının, qismən də çay, tütün və qurudulmuş meyvə kimi gündəlik tələbat malların öz ölkələrinə idxali təmin edilsin. Bu siyasət axırda oraya gətirib çıxardı ki, iranda bu vaxta qədər ilk növbədə xırda kənd təsərrufatı və xırda ev sanatkarlığına əsaslanan köhnə feodal iqtisadi quruluş deyişildi. Ucuz və çox vaxt daha keyfiyyətli ingilis və rus mallarının idxali, daxildəki sanatkarlıq məhsullarının istehsalına və onların satışına zərər vurdu. Bu o deməkdir ki, xarici malların təsiri nəticəsində kəndlərdə və şəhərlərdə sanatkarlıq müəssisələri öz işini dayandırmağa məcbur olurdu. Çünkü onların malları xarici cinslərlə rəqabətdə davam gətirmirdi (16).
Ingilistan və rusiyanın təsiri kənd məhsulatı sahəsində də köklü dəyişiklərə səbəb olmuşdu. Ölkədə bu vaxta qədər kənd məhsulatı sistemi əsasən daxili ehtiyacların bərtərəf edilməsinə yönəlmişdi. 19-cu əsrin ortalarında belə ənənəvi məhsulat sistemi deyişildi və bundan sonra ingilistan və rusiyaya sadir etmək üçün düyü, tütün, pambıq kimi kənd təsərrufatı məhsullarının istehsalı böyük əhəmiyyət kəsb etdi. Istehsalın dəyişdirilməsi imkanı olmayan bir çox ənənəvi kənd təsərrufatı sahələri öz mənasını itirdi və bu da kiçik və orta feodalların müflisləşməsinə səbəb oldu. (17)
Onların yerini aristokratlar və böyük mülkədarlarla yanaşı ticarətçi mülkədarların (Merkantil burjuasi) təbəqəsi tutdu. Ticarət sahələrilə məşğul olan mülkədarların belə səviyyədə mövcud olması, hər iki böyük dövlətin, yəni ingilistan və rusiyanın sayəsində mümkün olmuşdu. Çünkü onlar gətirilmiş xarici malların misal üçün parça, qənd, çini malları iranda satıb və bundan böyük qazanc əldə edə bilirdilər. (18) Lakin bu qazancı hər hansı bir yerli sənayedə qoymaq olmurdu. Çünkü daxildə yeni yaranan sənayedən ucuz avropa malları ilə rəqabətdə mudafiə olunmurdu. Belə ki, 1850-1860 – ci illərdə iranda başqa sahələrlə yanaşı kağız fabriki, çini qablar, şüşə karxanaları toxuculuq fabrikləri quruldu. Lakin, qısa bir müddət ərzində bu fabrik və karxanaların çoxu iflas olub və aradan getdi. Çünkü onlar artıq qeyd edildiyi kimi, müdafiəedici gömrük qanunun olmadığı üçün ingilis və rus mallarının güclü təzyiqi altında möhkəmlənə bilmirdilər. Bu səbəbdən iri tacirlər xarici malların satışından əldə edilən mənfəətdən şahdan torpaq sahələri alıb və bu yolla da həm tacir və həmdə mülkədar olurdular. Onlar bir tərəfdən öz torpaq sahələrində istehsal olmuş kənd təsərrufat mallarının ixraci yolu ilə böyük var-dövlət əldə edirdilər və digər tərəfdən isə özlərinin artıq artmış iqtisadi əhəmiyyət kəsb etmələrinə baxmayaraq, ölkədə dövlətin idarə olunmasında heç bir siyasi nüfuza malik deyildilər. Bu üçün də onlar dövlətdə siyasi hakimiyyətin idarəsində özlərinin layiq səviyyədə iştirakını istəyirdilər (19).
Bu dövrdə, tacirlərin şəxsi mülk ələ keçirməsi prosesi, həm yüksək məmurlar və zabitlərin dövlət pulunu gizli xərcləmək və aldıqları rüşvət hesabına mülk əldə etməsi və həmçinin şaha məxsus torpaq sahələrin satılması prosesilə paralel gedirdi. Saraydaki pul çatışmamazlığı və şahın geninə-boluna şəxsi xərcləri nəticəsində şaha məxsus torpaq sahələrinin böyük bir hissəsi satılırdı. Şahın xüsusi mülklərinin satılması, onun iqtisadı zəifləməsi ilə yanaşı siyasi zəifləməsinə də səbəb olurdu.
Iran cəmiyyətinin iqtisadi və ictimai sahələrində başverən deyişiklər, eyn zamanda yavaş-yavaş olursada, mədəni həyatı da deyişdi. Iranın ingilistan və rusiya ilə sıx əlaqələri nəticəsində Avropaya yol açılıb, müxtəlif fikir və ideallar irana yol tapdı. Avropanı tanımaq, iranlılara ilk dəfə olaraq özlərinin geri qaldıqlarını və Avropanın inkişafı arasındaki fərqi görməyə imkan verdi.
Avropa səyahətlərində ordakı tərəqqidən təsirlənən qacarlar sülasəsinin bir neçe şahı hətta, iran camaatını avropalaşdıran reformlar tərəfdarı oldular. 1848-ci ildə taxt-tac sahibi olmuş Nasereddin şah, misal üçün ənənəvi olaraq din xadimlərinin nüfuzu altında olan kötləvi təhsil sistemində reforma tədbirləri həyata keçirdi. Qədim din-fəlsəfi məktəblərlə yanaşı 1851-ci ildə zabitlər, texnika və təbiətşünaslıq təhsili almaq üçün, ali məktəb “darul finun”yaradıldı və buraya həmçinin avropadan gələn öyrətmən qüvvələr cəlb etdi. Bundan əlavə o, iran mətbuatının da əsasını qoydu. 1850-ci ildə iranda dövlət pulu hesabına maşın usulu ilə çap edilmiş iki qəzet çıxdı. Bu dövrdə ilk dəfə olaraq, həmçinin böyük bir tələbə dəstəsi xaricə göndərildi. (20)
Naserəddin şahın həyata keçirdiyi reformlar heçdə köklü reformlar deyildi və ölkənin modernləşdirilməsində cüzi müvəffəqiyyət qazandı. Naserəddin şahın bu və ya digər reformları, onun hökumətinin böyük mənfi cəhətləri altında təsirsiz qalırdı. Misal üçün o, əhalının böyük hissəsinin düçar olduğu yoxsulluğu aradan qaldıra biləcək ictimai reformlara heç bir maraq göstərmirdi. Bunun əvəzində oda sələfləri kimi iran xalqlarına qarşı qəddarcasına, özbaşınaçılıq siyasəti yeridib, sarayı tənqid etməyə cəsarət edən hər bir şəxsə qarşı amansızlıq edib, öz xeyrinə əcnəbilərə imtiyaz satıb, bunun əvəzində isə özünün və saray adamlarının calalla yaşamaları üçün, xərcləməyə borc edirdi.
Dövlət tərəfindən həyata keçirilən reformların faydası bundan ibarət idi ki, bu Avropaya tədricən açılan bir yol idi, iranlı tələbələr üçün xaricdə oxumaq imkanı idi və iran əhalısının xüsusilə bu dövrdə yeni təşkil tapan qeyr-dini ziyalılır təbəqəsini avropa mədəniyyətilə tanış edir və ölkənin gərilikliyini başa düşməyə vadar edirdi. Belə ziyalıların çoxu öz vəzifəsini bunda görürdü ki, iran xalqlarını Avropanın tərəqqisilə tanış etsin və onlarda buna oxşar bir inkişafi mümkün edə biləcək hakimiyyət sistemin yaradılmasına maraq oyatsın. (21)
Icmali olaraq demək olaraq ki, məşrutə inqilabi ərəfəsində, ingilistan və rusiyanın təsiri nəticəsində iranda bir-birilə bağlı olan iqtisadi-ictimai, siyasi və dini ünsürlər meydana gəlib, ənənəvi ictimai ququluşun dəyişilməsinə səbəb oldular. Köhnə icarə sistemi bu dövrdə bohran vəziyyətinə düşmüşdür və xariclə ticarət nəticəsində varlanan iri tacirlərin yeni yaranan təbəqəsi bundan həm torpaq sahələrinin satın alması, həmdə siyasi hakimiyyətin ələ keçirilməsi yolu ilə istifadə edirdi. Öz maraqlarını daha yaxşı bir siyasi sistemilə təmsil etmək üçün iri tacirlərə iran əhalısının köməyi lazım idi. Onlar bubun üçün Qacarlar sarayına qarşı iran xalqlarının ümumi narazılığından istifadə edib və nəhayət özlərinin iştirakilə məşrutiyyət hərəkatını yaratdılar.
*Bu silsilə məqalələr keçmişdə Ərəb-Fars əlifbasında yayılıb. Bu əlifbanı bilməyən soydaşların istəyini nəzərdə alaraq, məqalələr latin əlifbasına keçirilib.
1-Alavi, Bozorg, kämpfendes Iran, Berlin 1955, Səhifə 111
2- Litten, Wilhelm, Persien von der Penetration pacifique zum Protektorat, Berlin 1920, S. 233
3- Wilson, Arnold, Persia, Letters and Diary of a young political offizier 1907-1914; London 1942
4- Gurlew, M.; Das Ringen Rußland une England in Mittel-Asien; Berlin 1904; S. 97
5-Wilber, N, Donald, Iran past and present; New Jersy 1967; S. 78
5-Sykes, Percy, A History of Persiam Volume II, London 1951; S. 370
5-Lenczowski, Georg; Russia and the West in Iran 1918-1948; New York 1949; S. 76
6-Satripi- Yahrahmadi, Fatollah, Das Problem der Grundbesitzprobleme in der wirtschaftlichen und politischen Entwicklund des Irans, Diss. Bonn 1961, Seite 48
7-Lenczowski…. S. 76
8-Litten…. S. 5
8-Greenfeld, James; Die Verfassung des persischen Staates; Berlin 1914; S. 294
9- Bager; Momeni; Iran dar astaneye englabe meshrutiyyet; Tehran 1345; S. 11-20
10- Rahim Raisnia, zamineye iqtisadi və ictimai məşrutiyyət iran, Tabriz 1352, S. 11
11-Greenfeld... S. 149-151
12-Bill, James; politics of Iran, Groups, Classes and Modernization; Columbus, Ohio, 1972; S.9
13-Rahim ... S. 9
14-Tschlinkirian, Archavir; die wirtschaftlichen und sozialen Ursachen der persischen Revolution in : Die Neue Zeit; II BD. Nr. 33, Stuttgart; S. 203
15- Greenfield... S. 261
16-Keddie, R.Nikki, Religion and Rebellion in Iran; The Tabacco protest of 1891-1892; Belfast 1966, S. 66
17- Tschlinkrian, ..... S. 65
18- Cottam, Richard; Nationalism in Iran ; Pittsburg 1964, S. 43
19-Cottom, Richard;….S. 43-45
20-Ansari, Mehrangiz; Die Religiös-politische Entwicklung der Publizistik im Iran und die Entstehung der freien Presse infolge der Revolution von 1906, Diss. Heidelberg 1953
21-Bill, James… S. 53-62
A.Yazdani

Bu xəbər oxucular tərəfindən 2417 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |