Şrift:
Azərbaycan "Patent haqqında" qanuna dəyişiklik edəcək
28.11.2017 [10:38] - Hüquq
Azərbaycanın "Patent haqqında" qanununa dəyişikliklər ediləcək. Bununla bağlı qanun layihəsi hazırlanır.
Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədrinin müavini Niyazi Rəhimov bu gün Bakıda "Patent hüquq müqaviləsi və onun tətbiqi" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
"Patent haqqında" qanuna dəyişiklik qaçılmazdır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) ekspetlərinin iştirakı ilə "Patent haqqında" qanun nəzərdən keçirilib. "Patent hüququ" sazişinə uyğunluq baxımından zəruri dəyişikliklərdən ibarət təkliflər layihəsi hazırlanır. Layihə yekun mərhələdədir", - komitə sədrinin müavini qeyd edib.
Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed