28.11.2017 [10:50] - DAVAMın yazıları
Ali məktəblərdə Azərbaycan dili və nitq mədəniyyəti fənninin tədrisinə diqqəti artırmaq mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Hər bir kəs, xüsusilə ziyalılar nitq mədəniyyətinə əməl etməli, mədəni tələblərə cavab verən danışıqları ilə başqalarında – dinləyicilərdə, tamaşaçılarda dilə rəğbət yaratmalıdırlar.
Bəzən insanlar danışarkən “nəyi demək olar, nəyi demək olmaz” qaydasına əməl etmir, eyni zamanda, fikirlərini dəqiq çatdırmaq üçün aydın məntiqin, düzgün şərhin, anlaşıqlı fikrin tələblərindən istifadə etməyi bacarmırlar. Nitq mədəniyyəti mədəniyyətin elə bir formasıdır ki, o, mədəniyyətlərin bütün növlərinə və formalarına xidmət edir. Bu mədəniyyətin təzahür imkanları geniş, tətbiq sahəsi çoxşaxəlidir. Ona görə də mədəni olan hər bir şəxs nitq mədəniyyətinə dərindən yiyələnməli, onun tələblərini praktik olaraq yerinə yetirməlidir. Bu baxımdan “Azərbaycan dili və nitq mədəniyyəti” fənninin tədrisində aşağıdakı istiqamətlərə diqqətin artırılması vacibdir.
Birinci, tədris prosesində bədii qiraət nümunələrindən gen-bol istifadə etmək lazımdır. Bədii qiraət nümunələri içərisində həm nəsr, həm də şeir parçalarının olması böyük əhəmiyyət kəsb edir. Ona görə ki, şeir də, nəsr də bədii nümunələr olsa da, onların bədii qiraətində fərqlilik var və bu, nəzərə alınması vacib olan məsələdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, bədii qiraət ustalarının səslərinin xarakteri müxtəlifdir. Elələri var ki, şeir söyləmək, elələri də var ki, nəsr nümunələrini təqdim etmək üçün örnək ola bilir. Bu baxımdan bədii qiraət ustalarının səslərinin hansı bədii materiala uyğun gəldiyini nəzərə almaq lazımdır. Hətta eyni bədii materialı bir neçə bədii qiraət ustasının ifasında, təqdimatında dinləmək tədris prosesinə fayda verə bilər. Belə ki, bir-birindən fərqli səslərlə, təbii ki, ifa formaları ilə dinləyici daha mükəmməli, təsir imkanı güclü olanı ayırd edəcək. Həm də Azərbaycan dili və nitq mədəniyyəti fənnini tədris edən müəllim, bu fənni öyrənən tələbə bir-birindən fərqli bədii qiraətlərin üzərində fonetik, leksik, morfoloji və sintaktik normaların imkanlarını asanlıqla ayırd edə biləcək. Bu, həm də bir zövq məsələsinə çevriləcək, yəni yaxşı bədii qiraət zövqlərin formalaşmasına müsbət təsir göstərəcək.
İkinci, Azərbaycan dili və nitq mədəniyyəti fənninin tədrisi yaxşı, mükəmməl nitqlə qüsurlu nitqin mahiyyətini anlatmaq üçün dürüst məlumatın, bilginin, xəbərin mahiyyətinə varmağın yollarını öyrətməlidir. Eyni zamanda, bu xəbərlərin qarşı tərəfə çatdırılması necə olmalıdır? Bu, vacib bir məsələdir. Ona görə ki, istənilən bir xəbəri dinləyiciyə dürüst, dəqiq, aydın və anlaşıqlı bir şəkildə çatdırmağın özü ən böyük mədəniyyətdir. Bəzən ziyalı da, müəllim də (hələ digər peşə sahiblərini demirik) hər hansı bir məlumatı qarşı tərəfə çox dumanlı, qaranlıq, aydın olmayan bir üslubda deyir, söyləyir. Bunun səbəbi odur ki, həmin məlumat söyləyənin, deyənin özünə tam aydın deyildir. Deməli, istənilən bir məlumatı mənimsəməyin özü də mədəniyyətdir. Məhz bu mədəniyyətin formalaşması istiqamətində Azərbaycan dili və nitq mədəniyyəti fənninin qarşısında mühüm vəzifələr durur. Radio və televiziya aparıcılarının, diktorlarının bir qismi bu məsələlərə əməl etmir, qüsurlara yol verir. Onlar bəd xəbəri sevincli xəbərdən fərqli təqdim etməyin mahiyyətinə varmırlar. Az qala bəd xəbərləri elə təqdim edirlər ki, elə bir sevinir, yaxud da sevincli xəbər kimi başa düşürlər.
Üçüncü, Azərbaycan dili və nitq mədəniyyəti fənni nitq etiketlərinin öyrədilməsini də nəzərdən qaçırmamalıdır. Açıq demək lazımdır ki, etiket qaydaları tam şəkildə yerinə yetirilmir. Müxtəlif nitq situasiyalarında nitq etiketlərinə düzgün əməl olunmur. Əksər vaxtlar “salamlaşma”, “görüşmə”, “vidalaşma”, “üzristəmə”, “təşəkküretmə”, “təsəllivermə”, “təbrik və xoş arzular”, “sağlıqlar (tostlar)”, “tənbehetmə və tərifləmə”, “dəvətetmə” situasiyaları ilə bağlı nitq etiketləri pozulur. Azərbaycan ədəbiyyatında, filmlərində qeyd olunan situasiyalarla bağlı kifayət qədər nümunələr vardır. Həmin nümunələri dönə-dönə təqdim etmək, öyrətmək bu gün daha vacibdir. Ona görə ki, dünyanın bugünkü mənzərəsində qeyd olunan nitq etiketlərinə bəzən əhəmiyyət verilmir. Bu da nəticədə uzun illər boyu yaranmış ənənəni itirir. Belə olduğu üçün uşaqlara, yeniyetmələrə, gənclərə nitq etiketlərini öyrətmək zərurəti yaranır. Məhz bunu düzgün mənimsətmək işində “Azərbaycan dili və nitq mədəniyyəti” fənninin qarşısında yenə də mühüm vəzifələr durur. Onu da qeyd edək ki, indi bədii əsərləri oxuyanların sayı, demək olar ki, azalıbdır. Klassik Azərbaycan ədəbiyyatından ta üzübəri nitq etiketləri ilə bağlı kifayət qədər nümunələr var. Ancaq bu nümunələri bədii əsərləri çox az oxuyan yeniyetmə, gənclik necə öyrənə bilər? Deməli, yenə də Azərbaycan dili və nitq mədəniyyəti fənninin qarşısında mühüm vəzifələr durur. Yeri gəlmişkən, nitq etiketləri ilə bağlı konkret bədii nümunələri toplamaq və onları çap etdirmək öz aktuallığında qalır. Eyni zamanda, bədii filmlərimizdəki nitq etiketləri ilə bağlı nümunələri toplamaq və onların vizual təqdimatını dərs prosesində həyata keçirmək heç də az əhəmiyyət kəsb etmir.
İndi bəzi insanların nitqində hədsiz dərəcədə quruluq var. Bunun obyektiv və subyektiv səbəblərindən bəhs etmək ayrıca bir mövzu olsa da, bircə onu qeyd etmək kifayətdir ki, nitq etiketləri ilə bağlı Azərbaycan dilinin tətbiqi imkanlarını məhdudlaşdıranların sayı artır. Bunun qarşısını almağın yollarından biri də Azərbaycan dili və nitq mədəniyyəti fənninin görəcəyi işlərdən birini də bu istiqamətə yönəltməkdir.
Dördüncü, Azərbaycan dili və nitq mədəniyyəti fənni Müasir Azərbaycan dili fənnini təqlid etməməlidir. Bu fənlərin hər birinin öz obyekti, məqsəd və vəzifələri vardır. Bəzən Azərbaycan dili və nitq mədəniyyəti fənnini Müasir Azərbaycan dili fənninin “Orfoqrafiya”, “Orfoepiya” şöbələri ilə yükləmək istəyində bulunanlar da olur. Halbuki Azərbaycan dili və nitq mədəniyyəti fənninin məqsədi dilimizin “Orfoqrafiya”, “Orfoepiya” şöbələrini öyrətmək deyil. Bir çox məqsədlərlə yanaşı, həm də həmin şöbələrin tələblərindən çıxış edərək nitq mədəniyyətini öyrətməkdir. Bu fənnin həm nəzəri əsaslarını, həm də praktik tərəflərini tələbəyə başa salmaqdır. Ona görə də yaxşı olar ki, natiqlərin nitqindən tədris prosesində vizual nümunələr gətirilsin, bu nümunələr əsasında təhlillər və şərhlər aparılsın. Natiqlərin böyük əksəriyyəti dilin qayda-qanunlarını dilçi kimi əzbərdən bilmir. Ancaq onlar dilin ruhuna, təbiətinə, lüğət tərkibinə o qədər həssas və məsuliyyətlə yanaşırlar ki, istər-istəməz natiq səviyyəsinə yüksəlirlər. Bir sözlə, Azərbaycan dili və nitq mədəniyyəti fənni tədris prosesində elə aşılanmalıdır ki, hər bir kəs dilə, onun fonetik, leksik, morfoloji və sintaktik imkanlarına məsuliyyətlə yanaşsın. Açığı deyək ki, nitq mədəniyyətindəki qüsurların yaranma səbəblərindən biri də dilə və onun imkanlarına məsuliyyətsiz yanaşmadır.
Beşinci, nitq mədəniyyətinin keyfiyyətini yüksəltmək üçün dil mühitinin keyfiyyətini yüksəltmək lazımdır. Yaxşı olar ki, təhsil müəssisələrinin dəhlizlərində müəyyən vaxtlarda nitq mədəniyyətinin ən bariz örnəkləri nümayiş etdirilsin. Müxtəlif situasiyalarla bağlı nitq etiketləri göstərilsin. Filmlərimizdən konkret məqamlar, bədii qiraət ustalarımızın ifa etdikləri ədəbi-bədii parçalar, natiqlərimizin nitqi və s. nümayiş olunsun. Belə bir mühiti ictimai nəqliyyatda – avtobusda, metroda da yaratmaq olar.
Altıncı, Azərbaycan dili və nitq mədəniyyəti fənnini tədris edənlərin bilik dairəsi təkcə Azərbaycan dilini bilmək, daha doğrusu, dil mütəxəssisi olmaqla məhdudlaşmamalıdır. Bu fənni tədris edənlər geniş dünyagörüşə, elmlərə dair bilgiləri sintez etməyə, xalqın ədəbiyyatını, mədəniyyətini təhlil və təqdim etməyə qadir olmalıdır.
Yeddinci, televiziya və radio proqramlarında Azərbaycan dili və nitq mədəniyyəti verilişlərinə yer ayrılması geniş auditoriya kütləsinin nitq mədəniyyəti ilə bağlı maariflənmələrinə xidmət edə bilər. Eyni zamanda, “Bədii qiraət axşamı”, “Bədii qiraət müsabiqəsi”, “Bədii sözün qüdrəti” və s. mövzularda müsabiqələrin keçirilməsi işin xeyrinə olar.

Bu xəbər oxucular tərəfindən 965 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |