08.06.2012 [14:00] - Hadisə
UNO hesab edilən obyekt Rusiyanın raketi imiş
Ötən gecə ölkə ərazisində müşahidə edilən və insanlar arasında təşvişə səbəb olan obyektin Rusiyada buraxılan ballistik raket olduğu müəyyənləşib.
Naməlum obyekt Rusiyanın “Topol” raketi olub. Ötən gecə Azərbaycanın bir sira rayonlarında, həmçinin paytaxtda görünən naməlum obyektlə bağlı bəzi məqamlar aydın olub. Belə ki, Rusiyanın Müdafiə Nazirliyi Həştərxan vilayətindəki “Kapustin yar” poliqonundan “Topol” qitələrarası ballistik raketinin uğurlu sınağını həyata keçirildiyini bildirib.
Nazirliyin nümayəndəsi Vadim Koval yerli kütləvi-informasiya vasitələrinə açıqlamasında deyib ki, raketin sınağı Moskva vaxtı ilə saat 21-39-da, Bakı vaxti ilə saat 22.39-da həyata keçirilib. Raket Qazaxıstanın “Sarı Şaqan” poliqonundakı şərti hədəfi vurub.
İlk olaraq, səmada hərəkət edən raketi Həştərxan və Volqoqrad vilayətlərinin sakinləri, daha sonra Azərbaycan, İsrail, Əfqanıstan, Livan, Türkiyə və digər ölkələrin sakinləri müşahidə ediblər. Bütün bu ölkələrdə həmin raketin uçan naməlum obyekt və ya meteorit olduğunu güman ediblər.
Xatırladaq ki, iyunun 7-də saat 22.50 radələrində Azərbaycanın bir sıra bölgələrinin, o cümlədən, Bakının sakinləri səmada uçan obyekt gördüklərini iddia ediblər. Çox hündürdə olan obyekt qərbdən şərqə doğru hərəkət edib və bir neçə dəqiqə ərzində görünüb. Obyektin sürəti yüksək olmayıb. Onun diametri gözlə 3-5 metr görünüb.

Bu xəbər oxucular tərəfindən 1862 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |