Şrift:
Rusiya Ədliyyə Nazirliyi ÜAK-ı Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarıb, təşkilatın ləğvi rəsmiləşib
28.11.2017 [15:48] - Diaspor
Ümumrusiya Azərbaycan Konqressinin birinci instansiya məhkəməsinin və Apellyasiya Kollegiyasının qurumun ləğvi haqqında qərarından Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətinə noyabrın 2-də verdiyi kassasiya şikayəti geri qaytarılıb.

Ali Məhkəmənin Rəyasət Heyəti ÜAK-ın kassasiya şikayətini geri qaytarıb.

Rusiya Federasiyası Ədliyyə Nazirliyi də öz növbəsində ÜAK-ı Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarıb. Bununla da, ÜAK təşkilat olaraq legitimliyini itirib, ləğvi rəsmiləşib.

Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb.

Sentyabrın 19-da Ali Məhkəmənin Apellyasiya Kollegiyası ÜAK-ın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Rusiyanın 70-dən çox regionundakı Azərbaycan icmasıın rəhbərləri qeydiyyatı ləğv edilmiş ÜAK-ın prezidenti akademik Fazil Qurbanova yeni Azərbaycan diaspor təşkilatının yaradılması və bu təşkilata onun rəhbərlik etməsi üçün müraciət ediblər.
Bu xəbər oxucular tərəfindən 741 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed