Şrift:
Bakıda Azərbaycan və NATO əməkdaşlığına dair konfrans keçirilir
08.06.2012 [14:44] - Gündəm
Konfrans Azərbaycan Hüquqşünasları Konfederasiyasının təşkilatçılığı ilə baş tutur

Azərbaycan Hüquqşünasları Konfederasiyasının təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda “Azərbaycan və NATO əməkdaşlığı, NATO-nun Çikaqo Sammitindən sonra əməkdaşlıq üçün yeni perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Konfransda dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, NATO-nun, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.

Konfransda Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Əli Hüseynli, İnsan Hüquqları İnstitutunun direktoru, deputat Aytən Mustafayeva, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu mövzu ilə bağlı çıxış edib.
Bu xəbər oxucular tərəfindən 1074 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed