29.11.2017 [10:37] - Gündəm, Türk dünyası-Turan
Türk Akademiyaları Assambleyasına Azərbaycan sədrlik edəcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə keçirilmiş Naxçıvan Sammitinin qərarı ilə təsis edilmiş və Astana şəhərində yerləşən Beynəlxalq Türk Akademiyası müasir dövrdə geniş mənada türkologiyanı inkişaf etdirmək, türk xalqları arasında elmi-mədəni inteqrasiyanı daha da genişləndirmək, ortaq dərsliklər yaratmaq kimi strateji vəzifələri həyata keçirir. Əməkdaşlıq Şurasına daxil olan üzv dövlətlərin Elmlər Akademiyalarının fəaliyyətlərini əlaqələndirmək, ortaq elmi layihələr həyata keçirmək, birgə çoxcildlik nəşrlər hazırlayıb nəşr etdirmək, ortaq elmi mövqedən çıxış etmək məqsədilə yaradılmış Türk Akademiyaları Assambleyasına 2016-cı ildə Qazaxıstan Elmlər Akademiyası, 2017-ci ildə isə Türkiyə Elmlər Akademiyası sədrlik edib.
Bu günlərdə Astana şəhərində Beynəlxalq Türk Akademiyasında 2017-ci ildə Türk Akademiyaları Assambleyasına rəhbərlik etmiş Türkiyə Bilimlər Akademiyasının (TÜBA) hesabatı dinlənilib, yeni ortaq layihələr təqdim olunub. Sədrlik və yeni üzvlərlə bağlı məsələlər müzakirə edilib. Beynəlxalq Türk Akademiyaları Assambleyasının növbəti yığıncağında ölkəmizi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli təmsil edib.
Tədbiri giriş sözü ilə açan Türk Akademiyasının prezidenti, Qazaxıstan Elmlər Akademiyasının vitse-prezidenti Darxan Kıdırəli 2017-ci il ərzində üzv ölkələrin Elmlər Akademiyalarında keçirilmiş ən əhəmiyyətli tədbirlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.
Türkiyə Elmlər Akademiyasının vitse-prezidenti, professor Əhməd Yurdsevən Beynəlxalq Türk Akademiyaları Assambleyasına sədrlik etdikləri 2107-ci il ərzində TÜBA-nın həyata keçirdiyi tədbirlər haqqında geniş hesabat verib.
Müzakirələrdə AMEA-nın vitse-przeidenti, akademik İsa Həbibbəyli çıxış edərək il ərzində görülmüş işlər və ortaq layihələr haqqında məlumat verib. Azərbaycan Milli Elmlər Akademiyasında Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş tədbirlərin və Qafqazşünasların Birinci Beynəlxalq forumunun keçirilməsi maraqla qarşılanıb.
Müzakirələrdə Qazaxıstan Elmlər Akademiyasının prezidenti, akademik Murad Jurinov, Tatarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Daniya Zuqudillina və başqaları çıxış edərək 2017-ci ildə türk dövlətlərində elmi inteqrasiya istiqamətində görülmüş işlərdən danışıb, təkliflər irəli sürüblər. Yığıncaqda 2018-ci ildə Türk Akademiyalarına AMEA-nın sədrlik etməsi qərara alınıb. Yaxın vaxtlarda sədrliyi başa çatdıran tərəf – TÜBA başqanı, professor Əhməd Cavad Acarla rəhbərliyi qəbul edən AMEA-nın prezidenti, akademik Akif Əlizadənin görüşünün təşkili nəzərdə tutulur.
Türk Akademiyaları Assambleyası türk xalqlarının ortaq ədəbi abidələri və seçilmiş bədii əsərlərini özündə əks etdirən “Atalar mirası” portalının təqdimat mərasimi keçirilib. Müzakirələrdə xüsusi əhəmiyyəti qeyd edilməklə bərabər, portalın elektron versiyasının üzv ölkələrin Aademiyalarına göndərilərək daha da təkmilləşdirilməsi qərara alınıb.
Bundan başqa, Türk Akademiyaları Assambleyasının üzvləri “Türkbarometr” adlı türkdilli ölkələrlə tanışlıq, əməkdaşlıq və inteqrasiya məsələlərini əks etdirən sosioloji sorğunun nəticələri müzakirə edilib.
İştirakçılar Macarıstan Elmlər Akademiyasının və Monqolustan Elmlər Akademiyasının Beynəlxalq Türk Akademiyaları Assambleyasına üzv olmaq haqqında müraciətlərinə baxıb. Beynəlxalq Türk Akademiyası Assambleyasının üzvləri Qazaxıstan Respublikasının Prezidenti haqqında yazılmış və Azərbaycan dilində latın qrafikası ilə Bakıda nəşr olunmuş professor Murad Qasımbəyovun “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimat mərasimində və Azərbaycan Respublikasının Qazaxıstandakı Səfirliyində ölkələrimiz arasındakı diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər.

Bu xəbər oxucular tərəfindən 452 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |