Şrift:
Bu il 3033 qeyri-leqal mühacir dənizdə batıb
29.11.2017 [10:39] - Hadisə
"İlin əvvəlindən su yolu ilə Avropaya keçməyə çalışan 3033 qeyri-leqal mühacir və qaçqın Aralıq dənizində bataraq həlak olub". Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (The International Organization for Migration, IOM) məlumat yayıb.

Təşkilatın Baş direktoru Uilyam Leysi Svinq bildirib ki, problemin qarşısını almaq hələlik mümkün olmayıb: "İllərlə bu barədə danışmışıq və danışmağa davam edirik: bu faciəvi statistikanı qeydə almaq yetərsizdir. Biz fəaliyyətə başlamalıyıq. Bununla yanaşı, 2017-ci ildə ölüm halları 2016-cı ilə nisbətən 40 faiz azalıb. Ötən il Aralıq dənizində 5 min ölüm faktı qeydə alınmışdı".

Qeyd edək ki, cari ildə Avropaya 164 min nəfərə yaxın insan gəlib ki, bu da ötən illə müqayisədə təxminən iki dəfə azdır (348 min nəfər). Ümumilikdə isə 2015-ci ildən bəri 1,5 milyon nəfərdən çox mühacir Avropa ərazisinə keçməyə nail olub.
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed